Qüdrət Əzizov
Dərman mafiyası gələcəyimizi məhv edir!
Ölkədə hazırda dərman şirkətləri çoxdur. İstər özəl, istərsə də dövlət. Balacadan böyüyə kimi isə dərmanlardan istifadə edirik. Dərmanların tərkibi, hansı ölkədən gəldiyi isə çox mühüm məsələdir. Bir faktı nəzərinizə çatdırma istəyirəm. Keçən gün tibb elmlər namizədi canlı yayımlanan bir televiziya verilişində açıqladı ki, ölkəyə gətirilən dərman preparatların tərkibinə lazım olan əsas maddə vurulmur. Buna misal da gətirdi.
Bu nəzarətə götürülməli, çox vacib məsələdir. Belə vəziyyətdə bütün ölkə təhlükə qarşısında deməkdir. Bunu edən şirkətlər öz ölkəsinə terror törədir desəm, yanılmaram. Ölkəyə gətirilən bu saxta dərmanları istifadə etdikdə ya fəsad törədir, ya da ki sağlam olan orqanlarımız da xəstəliyə tutulur.
Digər bir hal isə, bir müddətdən sonra həmin dərman preparatına orqanizm öyrəşir və artıq preparat ağrını kəsmir və bağlılıq yaradır. Dərmanların baha olması da öz yerində. Bir çox xəstə şəxsin bunları almağa imkanı çatmır. Əsas təhlükəli məsələ isə psixotrop preparatların icazəsiz yaxud da reseptsiz satılmasıdır. Hər kəsə məlumdur ki, bəzi gənclər bunun aludəçisi olmuş və istədikləri zaman bunu əldə edirlər. Əvvəlcə buna qarşı mübarizə aparmaq lazımdır çünki, sonu ağ ölümə gətirib cıxarır. Bununla mübarizə gedir, lakin bu preparatların satışı qadağan olunmalıdır, yalnız həkim psixi pozğunluğu olana resept verdikdə əldə edilməlidir. Burda əsas iş aptek sahiblərinə və orda çalışan işcilərə düşür. Pul qazansınlar deyə inasanlarımızı bu preparatlarla zəhərləməyək, bununla mübarizə aparaq.
Digər rastlaşdığım bir vəziyyət isə dərman pramidasıdır. Nədir, bu pramida? İnsanları iş adı ilə dəvət edirlər və dərmanları satdıqları təqdirdə pul verəcəklərini deyirlər.Və həmin şəxs özündən sonra yene 1-2 nəfər gətirməlidir. Beləliklə, hər gələn nəfər özündən sonra bir neçə nəfər gətirməlidir və bunların ölkəyə gətirdikləri dərmanlar satılmalıdır. Bu fırıldaqçılıqdan başqa bir iş deyil. Hətta bir müddət əvvəl bəzi rayonlara, kəndlərə bir qrup şəxs getmişdi. Bunlar ultra ses müayinəsi apardıqlarını demiş, qəbul etdikləri xəstələrə müxtəlif diaqnozlar qoymuş və özləri ilə birgə gətirdikləri dərman preparatlarını satmışdır. Bəzi şəxslər bunlara inanaraq, satdıqları dərmanları alır. Bəlkə də düzgün diaqnoz belə qoyulmayıb. İnsanların həyatları ilə oynayırlar pul qazansınlar deyə. Bu cür cinayəti törədənlər mütləq məsuliyyətə cəlb edilməlidirlər.Yoxsa, bu işbazlara görə bir çox ailə atasız, anasız, övladsız qalar.