«BEŞİKDƏN QƏBRƏ QƏDƏR»(ki) TARİXİ CİNAYƏTLƏRİN MƏSULİYYƏTİ KİMİN ÜZƏRİNƏ DÜŞƏCƏK?!!
I yazı
“O şəxslər ki, məktəbə təlim-tədris-tərbiyə prosesinin reallaşdığı, vətənpərvərlik hisslərinin, o cümlədən milli heysiyyat və milli qürur kimi ali duyğulann aşılandığı müqəddəs məkan kimi yox; ümumən təhsil sisteminə, sözün mütləq mənasında BAZAR şəbəkəsi, təhsil ocaqlarına TOLKUÇKA, direktor, rektor vəzifələrinə BAZARKOM statusu, müəllimə SATICI, metodistə DƏLLAL, şagirdlərə mayasız qazanc gətirən İTAƏTKAR QUL, tələbələrə sizif əməyi yerinə yetirən TƏHKİMLİ, attestata ƏSKİNAS, diploma İSTİQRAZ VƏRƏQİ, dövlət hesabına xarici təhsil müəssisələrinə göndərişlərə isə VEKSEL kimi baxırlar…”!!!
Milli məclisin “SOS”ial Siyasət Komissiyasının sədri Halı Rəcəblimin müəllimlərlə bağlı məlum açıqlamsının və bu açıqlamanın cəmiyyət içərisində yaratdığı yankiların fonunda, bu yazını redaksiyamıza köhnə dostumuz, sadiq oxucularımızdan biri təqdim etdi və dərcini istədi, amma bir şərtlə. Müəllifin adını çəkməyimizi istəmədi dostumuz, səbəbini də söylədi. Açığı onun arqumentlərini biz də məqbul gördük. Yaşadığımız zamanın zalımlığı, zəmanənin kəmfürsətliyi bəs-bəlli. O qədər ki, insanlar bəzən evlərində belə rahat ola, rahat danışa bilmillər, o da ola, bu cür yazıların altına imza qoymaq. Həm də məqaləni, illər öncədən yazılsa da, o qədər aktual və sərrast bulduq ki, istənilən şərtlərdə onun dərcindən vaz keçə bilməzdik. Hər hada, sən də bu yazını diqqətlə oxu, sayğıdəyər oxucu. Gerçəkdən gələcəyimizdən, sizin və bizim övlardlarımızı təslim etdiyimiz təhsil sisteminin durumundan narahat olmamız, hər şeyi bir daha ölçüb-biçməmiz, ciddi nəticələrə varmamız gərəkdi!!!
Bu yazını bir neçə il öncə Milli Məclis deputatlarının, Prezident Aparatı əməkdaşlarının, həmçinin də təhsil naziri başda olmaqla bütün təhsil işçilərinin və istisnasız olaraq orta və ali təhsil ocaqları rəhbərlərinin oxuması çox vacibdi. Bəlkə də bir şeylərə təsiri olar. Oxusalar, oxumaq istəsələr təbii ki…
Əslində bu məqalə çox samballı bir müəllifin, çox dəyərli kitabının bir parçasıdı və qismət olursa, həmin kitabı tam halında, başından sonuna dərc etmək fikrimiz var. Təbii ki, bir sağlıq, bir də azadlıq olacaqsa!!!
Sərdar ƏLİBƏYLİ
«BEŞİKDƏN QƏBRƏ QƏDƏR»…(ki)
TARİXİ CİNAYƏTLƏRİN MƏSULİYYƏTİ KİMİN ÜZƏRİNƏ DÜŞƏCƏK?!!
…Orta statistik Azərbaycan çocuğunun 1988-2010-ci illər aralığındakı Azərbaycan məktəbində gördüyü reallığın, o reallığın doğurduğu hisslərin və o hisslərə kortəbii təslimçiliyin təbii qanunauyğunluqlara, təbii proseslərə heç bir aidiyyatı yoxdur. Bu illərdə orta statistik Azərbaycan çocuğunun hisslərinə hakim kəsilən o reallıq heç bir şərt daxilində «məktəb reallığı», yaxud «təlim-tərbiyə prosesi» adlandırıla bilməz. Həmin dövrdə orta statistik Azərbaycan çocuğunun düşüncəsində hakim mövqedə dayanan reallığın adı «məktəb anarxiyası», «təlim-tərbiyə stixiyası»dır. Niyə? Çoxçalarlı və əhatəli cavab tələb edən bu sualdan yayınmaq gələcək qarşısında, millət qarşısında tarixi məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Odur ki, özünü bu Millətin övladı, bu Vətənin vətəndaşı sayan hər kəs, nəhayət, özündə bir təpər, bir cəsarət tapıb bir anlıq ayaq saxlamalı, bugünkü «məktəb-təhsil» sisteminin bu xalqa hansı müəmmalı gələcək vəd etdiyi kimi vacib bir suala ayıq nəzərlərlə cavab axtarmalıdır. Biz, bir xalq olaraq, bir millət olaraq bu cavabı aramağa sadəcə məhkumuq. Yəni, bugünkü təhsil sisteminin məchulluğa aparan tənəzzül yoluna istiqamətlənməsi kimi tarixi cinayəti- məktəbin öz ilkin müqəddəsliyini itirərək rüşvət doğanağına çevrilməsi, bazar qanunlarına boyun əyməsi, ən faciəvisi, məktəbin «gələcəyimiz saydığımız körpələrimizi» bir-birinə qarşı qatı düşmənçilik həddinə qədər amansız bir əhvala kökləyən sosial təbəqələşmə və siyasi qütbləşmə poliqonuna döndərilməsi kimi ağır nəticəli reallıqları şərtləndirən əsl səbəbləri müəyyənləşdirmək hər kəsin tarixi məsuliyyətidir. Kütləvi savadsızlaşdırma mexanizminin tətbiqi, tədris vəsaitlərinin başadüşülməyəcək tərzdə hazırlanması, birtərəfli hazırlıq müstəvisində məhdud dünyagörüşlü mütəxəssislər yetişdirilməsi, tətbiq sahəsi olmayan ixtisasların kəmiyyətinin ilbəil artınlması kimi cinayət xarakterli və qəsd mahiyyətli əməllərin tam məsuliyyətini, labüd cəzasını hərfi və müstəqim mənada dərk etmək üçünsə, bir sıra incəliklərə diqqət yetirmək lazım gəlir:
Məktəb insanın bəşəri təkamül boyunca əldə etdiyi nemətlərin istisnasız olaraq ən müqəddəsi, eyni zamanda faydalılıq baxımından alternativsiz birincisidir. Ən azı ona görə ki, bəşəri təkamülün bütöv bir epoxasının məntiqi məhsulu olan məktəb, eyni zamanda digər epoxalar üçün bazis rolu oynayıb. Bəli, məktəb anoloqu olmayan elə bir fəaliyyət sahəsidir ki, burada «başlanğıc» və «son» kriteriyaları yoxdur; burada hər son yeninin başlanğıcı, hər başlanğıc əvvəlki sonun məntiqi davamıdır. Başqa sözlə, məktəb müstəvisində «SON» ifadəsi heç bir şərt daxilində «dayanacaq» anlamına gəlmir; bu müstəvidə «SON» sözü ilə ifadə olunan məqamı əbədi bir prosesin konkret zaman kəsiyindəki proyeksiyası kimi qəbul etmək daha məntiqi nəticədir. Çünki məktəb elə bir «istehsalat meydanı»dır ki, buradakı hər «məhsul»- yetişdirilən hər bir insan başqa bir «istehsalat meydanı»nda təkanverici qüvvəyə, stimullaşdırıcı amilə çevrilir. Bir mütləq həqiqət də var: hər hansı bir məhsulun təyinatı üzrə istifadə zamanı keyfiyyətinin yeganə qarantı həmin məhsulun hazırlıq prosesində texnoloji tələblərə tam mənada riayət edilməsidir. Məktəbin «məhsul»u İNSAN, məqsədi insanın ŞƏXSİYYƏT kimi formalaşdırılması; o «məhsul»un təyinatı isə CƏMİYYƏTƏ və ÜMUMƏN BƏŞƏRİ TƏKAMÜLƏ XİDMƏT olduğundan, burada texnoloji proseslərə tam ciddiyyətlə riayət və nəzarət edilməsi bütün digər sahələrdəkindən, hətta ən cüzi yanlışlığı ümumən YER kürəsinin məhvinə səbəb ola biləcək kosmik proqramlara riayət və nəzarətdən də ciddi olmalıdır.
Bütün dövrlərdə, bütün ölkələrdə olduğu kimi, XX əsrin son, XXI əsrin birinci onilliklərinin Azərbaycanında da, sözün həqiqi mənasında İNSAN, sözün mütləq mənasında ŞƏXSİYYƏT, sözün peşəkar anlamında MÜTƏXƏSSİS hazırlığına təminat verən siyasətin müəyyənləşdiricisi də, yönləndiricisi də, o cümlədən ümumən ölkədəki təlim-tərbiyə bazasının mütləq çoxluğunun sahibi də DÖVLƏTdir. Məhz bu reallıq İNSAN yetişdirilməsi, ŞƏXSİYYƏT formalaşdırılması, MÜTƏXƏSSİS hazırlanması prosesində bütün məsuliyyəti DÖVLƏTin, dövlətin strateji və cari məqsədlərini həyata keçirməyə borclu olan HÖKUMƏTin, təhsil məsələlərində hökumətin şəriksiz müvəkkili funksiyasını yerinə yetirən TƏHSİL NAZİRLİYİnin çiyinlərinə yükləyir. Deməli, TƏHSİL
Azərbaycan təhsil sisteminin XXI əsrin birinci onilliyindəki tənəzzülü kimi tarixi cinayətin birbaşa məsuliyyəti Milli Məclisin humanitar məsələlərlə birbaşa məşğul olan qurumlarının, ilk növbədə isə həmin qurumların təhsil müstəvisində bazar münasibətləri yaratmaq istəyinə imkan və dəstək vermiş təhsil nazirinin boynundadır.
NAZIRLİYİ adlandınlan bu qurum hərtərəfli dünyagörüşə malik İNSAN, peşəkarhq səviyyəsi şübhə doğurmayan MÜTƏXƏSSİS, intellektual səviyyəsi ilə seçilən ZİYALI, yaradıcı təfəkkürə malik KAMİL ŞƏXSIYYƏT hazırlığı üçün zəruri olan texnoloji prosesləri elə mükəmməl səviyyədə qurmalı, bu proseslərə nəzarəti həyata keçirməli olan kadrları elə seçməlidir ki, nəticə nəinki qaneedici, hətta gələcəyə təminat verəcək qedər uğurlu və fundamental olsun. O da sirr deyil ki, təlim- tədris -tərbiyə prosesində uğuru şərtləndirən başlıca amillərdən biri KADR, konkret halda müəllim-pedoqoq, tərbiyəçi-psixoloq amilidir. Nə yazıq ki…Çağdaş Azərbaycan məktəblərində, sözün mütləq anlammda müəllim adına layiq olanlar bir yana, ümumilikdə müəllim peşəsinin mahiyyətinin nədən ibarət olduğunu özü üçün müəyyənləşdirə biləcək kadrların xüsusi çəkisi heç 10 faiz həddini belə keçmir. Bu, FAKTdır. Sübutuna artıq ehtiyac olmayan, təkzibi mümkünsüz, acı bir FAKT! Amma bu fakt heç bir halda ümumən müəllimlərin heysiyyatının aşağılanması mahiyyəti kəsb etməyərək, ümumilikdə təhsil siyasətini müəyyənləşdirməli və reallaşdırmalı olanların tarixi cinayətlərinə əlavə sübut funksiyası daşıyır.
Bəs bunca ağırlığı reallığı şərtləndirən səbəblər hansılardır? Müəllim peşəsinin mütləq anlamdakı mahiyyətindən bixəbər «müəllim»lərin kəmiyyət çoxluğu nəyin nəticəsidir? Bu reallığı şərtləndirən amillər, təbii ki, çoxdur və konkret zaman kəsiklərində konkret məkanlarda bir sıra parametrlərin dəyişkənliyi səbəbiylə bunlardan hansı birininsə daha çox aktuallaşması, anoloji olaraq nə vaxtsa aktual görünən bir amilin başqa bir zamanda, yaxud məkanda arxa plana keçməsi istisna deyil. Bu sırada «sovet sistemindəki məcburi planlı kadr hazırlığı» amilindən başlayaraq, «müəllim diplomu almış taxtabaşlar»ın fərdi xarakterlərinə qədər yüzlərlə amilin adını çəkmək mümkündür. Amma bu amillərin say çoxluğu mahiyyətcə heç nə demək deyil. Çünki səbəbi şərtləndirən amillərin sayının çoxaldılması qəsdən ortaya atılmış xüsusi bir fənddir. Elə bir fənd ki, diqqətin müzakirə olunan məsələnin mahiyyətindən yayındırılmasına, konkret məsələdə konkret günahkarların, yaxud da katalizator rolu oynayan yardımçı qüvvələrin məsuliyyətdən kənarda qalmasma xidmət edir. Ona görə də, əllaməçilikdən, subyektiv mülahizələrdən qaçaraq birmənalı şəkildə etiraf etmək lazımdır ki: XXI əsrin birinci onilliyində Azərbaycan təhsil sisteminin bərbad vəziyyətə düşməsi reallığını şərtləndirən birinci və ən aqressiv amil təhsil siyasətinin müəyyənləşdirilməsi və reallaşdırılması kimi məsuliyyətli bir işi öz üzərinə götürmüş məsuliyyətsiz səlahiyyət sahibləridir. O şəxslər ki, məktəbə təlim-tədris-tərbiyə prosesinin reallaşdığı, vətənpərvərlik hisslərinin, o cümlədən milli heysiyyat və milli qürur kimi ali duyğulann aşılandığı müqəddəs məkan kimi yox; ümumən təhsil sisteminə, sözün mütləq mənasında BAZAR şəbəkəsi, təhsil ocaqlarına TOLKUÇKA, direktor, rektor vəzifələrinə BAZARKOM statusu, müəllimə SATICI, metodistə DƏLLAL, şagirdlərə mayasız qazanc gətirən İTAƏTKAR QUL, tələbələrə sizif əməyi yerinə yetirən TƏHKİMLİ, attestata ƏSKİNAS, diploma İSTİQRAZ VƏRƏQİ, dövlət hesabına xarici təhsil müəssisələrinə göndərişlərə isə VEKSEL kimi baxırlar. Məktəblərin və ümumən təhsil sisteminin bugünkü bərbad vəziyyətini şərtləndirən digər bütün amillərin birlikdəki məsuliyyət payı təhsil siyasətini müəyyənləşdirməli və hüquqi yöndən tənzimləməli olan qanunvericilik orqanının, həmçinin bu siyasətin reallaşmasmı təmin etməyə borclu olan Təhsil Nazirliyinin rəhbər heyətlərinin ilk onluğuna düşən adamların məsuliyyəti ilə müqayisədə 1:99 nisbəti qədər anormaldır. Başqa sözlə, Azərbaycan təhsil sisteminin XXI əsrin birinci onilliyindəki tənəzzülü kimi tarixi cinayətin birbaşa məsuliyyəti Milli Məclisin humanitar məsələlərlə birbaşa məşğul olan qurumlarının, ilk növbədə isə həmin qurumların təhsil müstəvisində bazar münasibətləri yaratmaq istəyinə imkan və dəstək vermiş təhsil nazirinin boynundadır.
Zəruri bir haşiyə. Ola bilər ki, KİMSƏ sırf psixoloji instiknt və özünümüdafiə refleksi ilə bütün bu deyilənləri öz ünvanına səslənmiş qərəzli ittiham, təqsirsizlik prezumpsiyasına məhəl qoyulmadan hüquqlarının pozulması kimi dəyərləndirsin. Ola bilərl Təbii ki, hər kəs öz düşüncəsində tam sərbəstdir və hər kəsin də qanunla təsbit olunmuş özünümüdafiə hüququ var. O da sirr deyil ki, yuxarıda səslənmiş fikirlərdə «təqsirsizlik prezumpsiyası»na həqiqətən də məhəl qoyulmayıb. Amma bu, heç bir halda, səsləndirilən fikrin əsassızlığına dəlalət etmir, ictimai ittihamın kəsərini azaltmır. Çünki anoloji hallarda mübahisələr hüquqi yox, ictimai presendent müstəvisində çözülür. Yəni, anoloji əməllər hüquqi qiymətindən öncə ictimai qiymətini alır. Daha dəqiqi, hüquqi qiyməti ictimai rəy müəyyənləşdirir. Bu presendent dünyanın bütün tarixi ərzində formalaşıb və dünya durduqca yaşayacağına da şübhə yoxdur. Bunun məhz belə olduğunu tam aydınlığı ilə dərk etmək üçün bir neçə tarixi misala diqqət yetirmək kifayətdir. XX əsrin 30-40-cı illərində tüğyan edən alman faşizminin bəşəri cinayətlərinə görə sağlığında kimsə Adolf Hitleri mühakimə etməmişdi. Üstəlik öz xalqının nəzərində, o, az qala milli qəhrəman idi. Amma tərəqqipərvər bəşəriyyət Hitlerin ölüm hökmünü üçüncü reyxin süqutundan çox-çox əvvəl yazmışdı və Hitler özü də bu hökmün movcudluğundan xəbərdar olduğu üçün intihara əl atmaq məcburiyyətində qaldı. Nürmberq Tribunalı da əslində faşizmin ictimai rəydəki qiymətinin hüquqi müstəviyə proyeksiyalanması prosesindən savayı bir şey deyildi.
Yaxud başqa bir misal. Azərbaycan vətəndaşı Robert Koçaryanın «təqsirsizlik prezumpsiyası»nın əhatə dairəsinə düşən hüquqları bir yana, hətta Ermənistan prezidenti qismində toxunulmazlıq, şərəf və ləyaqətinin qorunması kimi ali statusları var. Bununla belə, hər kəs, o cümlədən bir az öncə qeyd olunmuş iradları oxuyarkən özlərinin müdafiəsi xatirinə hüquqi anlayışları qalxana çevirmək istəyinə düşənlər, yəni təhsil sisteminə bazar təfəkkürü ilə yanaşdıqlarını bilə-bilə “təhsil sistemini bazara çevirdiklərinin məhkəmə sübutu” olmadan hər hansı ittihamı süngü ilə qarşılayanların özləri belə R.Koçaryana CİNAYƏTKAR deməkdən çəkinmirlər. Əslində çəkinmələrinə ehtiyac belə yoxdur, çünki bu məsələdə də hüquq ictimai rəyin arxasınca sürünür.
P.S.
Yaşamaq bu yanğın yerində,
Hər gün yenidən ölərək…
Zalımın əlində dustaq,
Cahilə qurban olaraq…
Yalanla kirli havada
Zorla nəfəs alaraq…
Qorxağı, dönüyü, susqunu
Görüb də qəzəblə dolaraq…
Qorumaq gerçəyi çox vaxt
Yalnızlığını bilərək…
Toplanır ölü arxadaşlar
Hər biri bir yerdən gələrək…
Kiminin boynyuda ilməyi,
Kimi qanını silərək…
Qucaqlayır məni Metin Altiok,
«Vecinə alma»,- deyir, gülərək:
«Yaşamaq – vəzifədir bu yanğın yerində…
Yaşamaq, İNSAN qalaraq…»
Ataol BƏHRAMOĞLU