Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Stiven O’Brayenin sözlərinə görə, beynəlxalq ictimaiyyət vəziyyəti nəzərə almasa, adı çəkilən ölkələrin ərazisindən bütün dünyaya yeni qaçqın dalğası başlayacaq və bu, bütöv regionlarda daha çox qeyri-sabitlik yaradacaq.
“BMT-nin Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda humanitar əməliyyatların keçirilməsi ilə bağlı planı və əhaliyə kömək göstərmək üçün yüksək ixtisaslı əməkdaşları var”, – deyə o əlavə edib. O’Brayen bu planın yaxın 5 ayda reallaşması üçün 4,4 milyard dollar tələb olunduğunu vurğulayıb.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini həmin ərazilərdə baş verən döyüş əməliyyatlarının və münaqişə tərəflərinin humanitar təşkilatlarla əməkdaşlıqdan imtina etməsinin əhaliyə yadım göstərilməsini çətinləşdirdiyini bildirib. O’Brayen deyib ki, Təhlükəsizlik Şurası tərəflərin toqquşmaları dayandırmağa məcbur edilməsi üçün tədbirlər görməlidir.