“Arvadım dedi, uşaq səndən deyil, taxta ilə başını əzdim” – QATİLDƏN ŞOK İFADƏLƏR

0
4

Bakıda həyat yoldaşını qısqanclıq zəminində taxta ilə döyə-döyə öldürməkdə təqdirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Ölən şəxsin qardaşı məhkəmədə vəsatət verərək 2 min manat mülki iddia qaldırıb.
Hakim Faiq Qəniyev bildirib ki, mülki iddia ərizəsi işə qəbul olunur, lakin məhkəmə istintaqı dövründə bu məsələ müzakirə ediləcək.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Namiq Ələkbərzadə ittiham üzrə özünü təqsirli bilib.
Ona məhkəmdə sərbəst ifadə vermək təklif olunub.
Namiq Əkbərzadə ifadə vermək istəməyib və istintaqa verdiyi ifadənin qəbul edilməsini istəyib: “Həmişə onu ötüşdürürdüm, yoldaşımın biraz çatışmazlığı var idi. Tez-tez mübahisələr düşürdü. Həmişə onu yola vermişəm. Hadisə günü də qayınanam bizə gəlmişdi. Evdə söz-söhbətdən xəbərdar idi. Mənim nə qayınatamdan, qaynımdan narazılığım yoxdur. Onlarla heç bir problemin olmayıb, sağolsunlar”.
İfadəsini davam edən təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib: “Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orda dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, “bala, yola ver”. Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O, dayanmadı, beldən aşağı şöyüşlər söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum”.
Prokuror və hakimlərin suallarını cavablandıran N.Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb: “Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiya olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim  ki,  uşaqlar biraz böyüsün”.
Zərərçəkmişin hüquqi nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Belə ki,  zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilənə səmimi olmadığını deyib. N.Əkbərzadə isə aqressiv cavablar verib. Hakim hər iki tərəfi sakitləşdirib.
N.Əkbərzadə suallara cavab verən zaman deyib ki, yoldaşını üzbəüz vurub: “Yuxudan oyatdım, sözümü dedim. Suallıma cavab aldım. Taxtayla başını partlatdım. Taxtanı da üstünə atdım. Belə də ki, yaxşı eləmişəm”.
Zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, onlarda təqsirləndirilən şəxsin həyat yoldaşını yatdığı yerdə vurduğu ilə bağlı rəy var.
Hakimin həyat yoldaşının xəyanətindən şübhələnib-şübhələnmədiyi barədə sualına N.Əkbərzadə belə cavab verib:  “Bu barədə danışmaq istəmirəm. Əgər çox maraqlıdısa bir siz, bir də prokuror olsun, danışım”.
Daha sonra məhkəmədə ölən qadının qardaşı Əli Hüseynov dindirilib. O, ifadəsində bildirib ki, bacısı 9 il bundan öncə evlənib: “Onlar daha sonra Rusiyaya köçdülər. Uzun müddət orda qaldılar. Sonra ikinci uşaq olan zaman Dilarəni Bakıya göndərdi. Ondan sonra bunların münasibətləri yavaş-yavaş pisləşdi. Dalaşmağa başladılar. Aralarında pul məsələsi də düşmüşdü. Bacım da onun telefonunda başqa qadınlarla danışıqlarını tutmuşdu. Telefonda səs yazıları da var ki,  Namiq bacımı söyür təhqir edir. Hətta Bakıya gəlib onu öldürücəyi haqqında da səs yazıları var. Burda yalandan deyir ki, bacımda çatışmazlıqlar olub. Bu, ağ yalandır. Bacım da ondan ayrılmaq istəyirdi. Dilarə Nizami rayon Məhkəməsinə boşanmaq haqqında arayış vermişdi. Iakin oturduq məsləhətləşdik. Dedik ki, onsuz Namiq Rusiyada yaşayır, uşaqların var. Sonra ərizəni geri götürdük”.
Hüquqi varis hadisə günündən danışıb: “Səhər zəng gəldi ki, Namiq Dilarəni öldürüb. Ora getdik, uşaqlar boynunu büküb durmuşdu. Hazırda uşaqlar mənimlə bir yerdə yaşayır. Məni yandıran odur ki, yalan və ağzına gələni danışır. Heç zaman Namiqlə münasibətim yaxşı olmayıb. Sadəcə bacımın əri olub, uşaqlarının atası kimi gəlib gedib. Çox kompleksli adamdı. Narkotik maddə istifadəçisi olduğu üçün münasibətim pis idi.  İndidə bacıma böhtan atır. Ağır cəzalansın”.
Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Namiq Əkbərzadə barəsində keçirilən ekpertiza rəyinə görə, o, nə narkotik maddə, nə də spirtli içki aludəçisi olub.
Hakim bildirib ki, gələn proseadə iş üzrə 3 şahid dindiriləcək.
Məhkəmə martın 16-da davam edəcək.
Qeyd edək ki, qətl ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğalaın sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.(lent.az)