Azərbaycanda alkoqoliklərin sayı yenidən artıb

0
4

Azərbaycanda 2015-ci ildə alkoqoliklərin sayında baş verən azalmadan sonra 2016-cı ildə onların sayında yenidən artım baş verib.

Belə ki, 2011-ci ildə 19 765, 2012-ci ildə 21 103, 2013-cü ildə 21 584, 2014-cü ildə 22 278, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a yüksəlib.Ölkədə yeni qeydiyyata götürülən alkoqoliklərin sayı azalıb.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2016-ci ildə 18-24 yaşlı 338 (2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 924 (2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1638 (2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1798 (2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı 2628 (2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3165 (2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3386 (2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3468 (2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2861, 65 yaşdan yuxarı 1713 (ümumilikdə 2014-cü ildə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda alkoqoliklər yalnız könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

Azərbaycanda məhkəmənin qərarı ilə verilən qərarlar istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından onların müalicəsinin aparılması üçün özlərinin istəyinin olması vacibdir.

Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər. (trend)