Xarici ölkələrdə pensiya yaşı neçədir? – SİYAHI

0
6

Azərbaycanda qadınların və kişilərin pensiya yaşı artırılacaq.

Bu haqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.

A24.Az xəbər verir ki, təklif edilən qanun layihəsində göstərilib ki, kişilər üçün pensiya yaşının həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Belə olan halda ortaya maraqlı bir sual çıxır: Bəs digər ölkələrdə əhalinin pensiya yaşı neçədir?

 

A24.Az  xarici ölkələrdə pensiya yaşı ilə bağlı hazırladığı siyahını təqdim edir.

2016-cı ilin sonuna qədər xarici ölkələrdə olan pensiya yaşı aşağıdakı səviyyədə olub.

Gürcüstanda kişilər-65, qadınlar-60

Ermənistanda kişilər-63, qadınlar-63

Rusiya kişilər-60, qadınlar-55

Qazaxıstan kişilər-63, qadınlar-58 (Bu qanun 2018-ci ilə qədər qüvvədədir, yeni qəbul olunmuş qanuna əsasən, 2018-ci ildən başlayaraq hər il qadınlar üçün pensiya yaşı yarım il (6ay) artırılacaq)

Belarusiya kişilər-60, qadınlar-55 (2022-ci ilə qədər kişilərin peniya yaşı 63-ə, qadınlarda isə 58-ə çatdırılacaq)

Litva kişilər-63, qadınlar-61 (2026-ci ilə qədər pensiya yaşı 65-ə qaldırılacaq)

İsrail kişilər-67, qadınlar-62

Macarıstan kişilər-63, qadınlar-63 (2022-ci ilə qədər pensiya yaşının 65-ə çatacağı gözlənilir)

Monteneqro kişilər-67, qadınlar-67

Bolqarıstan kişilər-65, qadınlar-60

İslandiya kişilər-65, qadınlar-65

Almaniya kişilər-67, qadınlar-65 (2029-cu ilə qədər qadınlar üçün pensiya yaşının 69-a çatacağı gözlənilir)

Yunanıstan kişilər-67, qadınlar-67

Belçika kişilər-63, qadınlar-63

Fransa kişilər-62 yaş yarım, qadınlar-62 yaş yarım

ABŞ kişilər-65, qadınlar-65

İspaniya kişilər-67, qadınlar-67

Çin kişilər-60, qadınlar-55

Türkiyə kişilər-60, qadınlar-58

Polşa kişilər-65, qadınlar-60-dır.

Azərbaycanda isə müzakirə edilən qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.