Dövlət terroru, yoxsa islami terror?

0
6

Dövlət terroru, yoxsa islami terror?

Rusiya müxalifətinin liderlərindən Boris Nemtsov güllələnərək öldürüldü. O, sevgilisi, ukraynalı model Anna Duritskaya ilə Kreml yaxınlığındakı restoranlardan birində şam yeməyi yedikdən sonra Moskva körpüsü üzərində gəzintidəykən yaxınlaşan ağ rəngli avtomobildən altı dəfə atəş açılıb. Qeyd edək ki, güllələrdən dördü Nemtsova dəyib və ağır yaralanaraq elə hadisə yerindəcə ölməsinə səbəb olub.
Boris Yefimoviç Nemtsov 1959-cu il oktyabırın 9-da Rusiyada doğulub. Karyera pillələrində bacarıq və işgüzarlığı sayəsində sürətlə yüksələrək baş nazirin müavini vəzifəsinədək yüksəlib.
Nemtsovun öldürülməsinə dünyadan da müxtəlif təpkilər var, xüsusən onun özünün ölümündən bir neçə gün öncə yaxın ətrafına ”Putin mənə öldürəcəyini dedi” deməsi qətlin siyasi cinayət olması faktını təsdiqləyir. Ayrıca Pyotr Proşenko da Nemtsovun ölümü ilə bağlı verdiyi bəyanatında Nemtsovun əlində rus ordusuna məxsus hərbi birləşmələrin Ukrayna torpaqlarında olduğuna dair danılmaz faktlar olduğunu və əgər ölməsəydi bunları yaxında açıqlayacaqdı, deyə ifadə etməsi diqqət çəkib.
Bütün bunlara baxmayaraq Kremlin sözçüsü Dimitri Peskovun bu qətl hadisəsini provakasiya adlandırması, Çeçenistanın rus iqtidarına yaxın prezidenti Ramazan Kadırovun isə bu terror aksiyasını xarici qüvvələrin boynuna yıxmağa çalışaraq Qərb xüsusi xidmət orqanlarını günahlandırması da onun Peskovla eyni fikirdə olduğuna işarə etməkdədir. Bəziləri isə qətlin sifariş səbəblərindən biri olaraq Nemtsovun sevgilisi ilə olan münasibətlərinin üçüncü bir şəxsi rahatsız etdiyini və bu səbəbdən də qısqanclıq zəminində törədildiyini iddia edirlər. Lakin Anna Duritskaya sonuncu fərziyyəni qətiyyətlə rədd edərək bir başqasının onu qısqanması üçün ortalıqda hər hansı bir səbəb olmadığını bildirib. Eyni zamanda sevgilisinin həbsindən sonra nə üçün üç gün milis nəzarətində sorğu-sual edildiyini də anlamadığını deyən Anna Duritskaya bütün bunlar azmış kimi Rusiyadan çıxışına qadağa da qoyulduğunu da qeyd edib.
Boris Nemtsovun ailəsi ilə əlaqə saxlayan Rusiya prezidenti Vladimir Putin qətlin üstünün ən qısa müddətdə açılacağı barədə söz verib.
Boris Nemtsovun qətli ilə bağlı başqa bir maraqlı məqam da ABŞ-ın Kiprdəki səfirinin bu qətl xəbərindən dərhal sonra atdığı tvitlə bağlıdır. Belə ki, səfir Con Koen Kipr lideri Nikos Anastiadisin Moskva ziyarəti ilə Nemtsovun ölümü arasında əlaqə qurmağa çalışması da Rusiya mediasında və hakimiyyət dairələrində birmənalı şəkildə qarşılanmayıb.
İndi Rusiya ictimaiyyətini maraqlandıran əsas sual Nemtsovun ölümü siyasi xarakterli sifarişmi, yoxsa adi cinayətdirmi sualıdır. Vladimir Putinin müsahibələrindən birində radikal islamçı terroristləri günahlandırmağa çalışması da əslində bu qətl hadisəsi barədə zəruri istintaq hərəkətləri aparan prokurorluq orqanlarına istiqamət verməkdən başqqa bir şey deyildir. Ayrıca Rusiyanın siyasi qətllərlə bağlı yaxın keçmişinin kifayət qədər ləkəli olması da Nemtsov tərəfdarlarını Putinə inanmağa deyil, ele Putinin özündən şübhələnməyə vadar etməkdədir.
Siyasi liderləri aradan qaldırmaq diktatorlar üçün həmişə bir vasitə olmuşdur, diktator ruhlu və liberalizmə deyil, ümumiyyətlə müxalifətin hər hansı tənqidinə dözə bilməyən bu insanlar rəqiblərini fiziki məhv etməklə onların əllərindən yaxalarını qurtaracaqlarını sanır, normal demokratik mübarizə üsullarındandırsa, bu qeyri-insani metodu daha rahat saydıqları üçün üstün tuturlar.

Nizami

LEAVE A REPLY