“Azərbaycanda daha bir neçə bank fəaliyyətini dayandıracaq” –Deputat

0
3
“Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bank öz fəaliyyətini dayandıracaq”.

Bu barədə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Maliiyyə Bazarına Nəzarət Palatası bankların diaqnostikasını aparır və banklarda yaranmış vəziyyətlə bağlı müəyyən qərar qəbul edirlər:

“Bir vaxt Azərbaycanda 43 bank vardı. Hazırda isə bu rəqəm 33-ə enib. İndi bu rəqəmin daha da azalması, yəni bankların müəyyən hissəsinin bağlanması gözlənilir”.

Vahid Əhmədov qeyd edib ki, o, bankların bağlanmasının deyil, daha çox birləşməsinin tərəfdarıdır: “Amma indki vəziyyətdə əlbəttə ki, banklar xaricdən maliyyə yardımı ala, daxildə öz proseslərini qura bilmirlər.”

Hansı bankların bağlanması ilə bağlı məsələyə gəlincə, deputat bu barədə danışmağın çətin olduğunu vurğulayıb. /AzNews.az