Türkiyədə daha bir jurnalist həbs olundu –terrorun təbliği ittihamı ilə

0
4
Almaniyanın “Die Welt” qəzetinin Türkiyə təmsilçisi Deniz Yücel barəsində həbs qərarı çıxarılıb.

Strateq.az “Reuters”ə istinadla xəbər verir ki, D.Yücel “terror təşkilatını təbliğ etmək” və “xalqı kin və düşmənçiliyə təhrik etmək”də ittiham olunub.

Prokurorluq onu “jurnalist görünüşü altında PKK silahlı terror təşkilatının rəhbəri Cəmil Bayıkla müsahibəsini” əsas gətirib.

Almaniya baş naziri Angela Merkel qərarla bağlı üzüntüsünüü dilə gətirib və hökumət adından bəyanat verilib.