Sarkisyan Avropa İttifaqında bəyanat verdi:“Ermənistan Qarabağla bağlı güzəştlərə hazır olduğunu bəyan edir”

0
7

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O yalnız istisnasız olaraq sülh yolu ilə həll edilmləlidir”.

Milletim.info bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra bəyan edib. Tusk deyib ki, Avropa Şurası ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir.

Sarkisyan isə öz növbəsində deyib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququ beynəlxalq sənədlərdə əksini tapıb: “Biz Qarabağ məsələsinə də toxunduq. Hesab edirik ki, problemin hərbi yolla həlli yoxdur. Ermənistan ağlabatan güzəştlərə hazır olduğunu bəyan edir. Bu problemin həllində baza olaraq Dağlıq Qarabağ xalqının hüquqları dayanır. Bu hüquq isə Minsk Qrupunun çoxsaylı bəyanatlarında əksini tapıb”.