“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”.
Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqıATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”. (APA)