Xocalıdakı son toy – 7 gün sonra cəsədi tapıldı…

0
7

Sosial şəbəkələrdə 25 il öncə Xocalıda keçirilən son toy şənliyinin fotosu yayılıb.

“İsayevin səhifəsi” adlı hesabda verilən foto ilə bağlı belə bir izah verilib:

“Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”. (Modern.az)