Türkiyənin Azərbaycandakı səfiri:”Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar”

0
4
“Bu gün Azərbaycanın xarici siyasəti müəyyənləşdirən təməl məsələlərdən biri Dağlıq Qarabağ məsələsidirsə, daxili siyasətinin əsasını da bu məsələ təşkil edir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuşXocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri”kitablarının təqdimatında deyib.

Onun sözlərinə görə, ermənilərin Dağlıq Qarabağda ötən əsrin 80-ci illərinin sonlarından cinayətlər törətməyə başladıqları barədə deyilsə də, əslində, bu cinayətlərin tarixi daha qədimdir:

“1905, 1918, 1920, 1953-cü illərdə də bu baş verib. Bu, bütün türkləri hədəfə alan, “Böyük Ermənistan” qurmaq siyasətinin bir parçasıdır. Xarici qüvvələr bizi hər zaman zəiflətməyə çalışıblar. Bunun ən ağır şəklini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edənlər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Lakin bütün dünya hər şeyi görüb. Dünya ictimaiyyətinin bunları görməməzliyə vurmaması üçün hər şey edilib. Lakin Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, Ermənistanda yüksək vəzifələr tutular”.

APA