Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində sabah səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.
Bu barədə “Trend”ə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.
Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.