“Bu qardaşlar izahat verməlidirlər ki, onları separatçıbaşı Əlikram Hümbətovla nə birləşdirib?”

0
13

Ramiz Tağıyev:”Zərdüşt və Araz Əlizadə qardaşlarına tribuna verənlər də onların tayıdır.”

“Bu qardaşları çox müzakirə etməyə ehtiyac duyulmasa da bəzi məqamlara toxunmalıyam.Onlar “KQB” cocuklarıdır. Bunu Milli Azadlıq Hərəkatının iştirakçılarının hamısı bilir.” Bu sözləri Millətim.info-ya Milli Azadlıq Hərəkatının öndərlərindən olmuş, Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev söyləyib.

1

O, hələ zamanında Zərdüşt və Araz Əlizadə qardaşlarına mənfi münasibət bəslədiyini açıqlayıb:”AXC-nin məclislərində Zərdüştün üzünə nə lazımdırsa söyləmişəm. Məclislərin xüsusi bülletenləri qalır ki, onları sizə təqdim edə bilərəm. Bu qardaşlar bu gün də izahat verməlidirlər ki, onları separatçıbaşı Əlikram Hümbətovla nə birləşdirib? Fəaliyyətləri haradan təlimatlandırılıb? Arazı deputat təyin edənlər də məsuliyyət daşımalıdırlar. Məni bir sualın cavabı da çox düşündürür. Xatırlayırsınızsa, Zərdüşt ta sonuna qədər “Azadlıq” qəzetinin sevimli politoloqu, siyasi eksperti idi. AXCP sədri Əli Kərimlinin sağında-solunda dayananlara həmin qəzet tribuna verməkdə xəsislik etsədə, separatçıbaşı Əlikramın əqidə yoldaşı Zərdüştə qapılarını taybatay açmışdı. İndi, mənim “Azadlıq”ın senzoru Ə.Kərimliyə sualım var:Zərdüştü tanımırdınmı? Onun Əbülfəz Elçibəyin əzəli düşməni oldugunu billə-bilə, Zərdüştə gen-bol “Azadlıq”ın tribunasını bəxş etməyininin izahını nə zaman verəcəksən?”

 

Turan