Nazir:”Türkiyə və Azərbaycan kənd təsərrüfatı məhsullarını birgə ixrac edə bilərlər”

0
6

Türkiyə və Azərbaycan kənd təsərrüfatı məhsullarını digər ölkələrə birgə ixrac edə bilərlər.

Bu barədə Trend-ə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib.

Onun sözlərinə görə, Türkiyə həcmindən və uzaq məsafədə yerləşməsindən asılı olmayaraq, ixrac üçün daim yeni bazarlar axtarır:

“Türkiyə 192 ölkəyə 1680 adda 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edir. Lakin bu rəqəmlər bizim üçün qənaətbəxş deyil. Düşünürəm ki, Azərbaycanla birgə çox şey etmək olar”.

F.Çelik qeyd edib ki, Türkiyənin Avropa və Yaxın Şərqə, Azərbaycanın isə Rusiya və Orta Asiyaya çıxışı olduğunu nəzərə alsaq, Ankara və Bakı səmərəli qarşılıqlı fəaliyyət göstərə bilər:

“Əminəm ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı üçün zəruri addımlar atacaq”.