“Sumqayıt və Bakıdakı vəhşilikləri ermənilər törədib” –Özbəkistanın tnews.uz portalında məqalə

0
6
Özbəkistanın tnews.uz portalı Sumqayıt hadisələri ilə bağlı rus dilində “Sumqayıt hadisələri azərbaycanlılar tərəfindən törədilməyib” sərlövhəli geniş material yayıb.

Məqalədə deyilir ki, erməni politoloqu Sergey Kurqinyan 1990-cı illərin əvvəllərində Bakıda ezamiyyətdə olub və Sumqayıt hadisələrinin məhz ermənilər tərəfindən törədildiyini bildirib.

S. Kurqinyan bu hadisələrlə bağlı yazıb: “Tam məsuliyyətlə deyirəm ki, Sumqayıtda, sonra isə Bakıda törədilən vəhşiliklərdə azərbaycanlıların əli yoxdur. Hadisələr kənardan idarə olunub, icraçılar isə tamamilə başqa adamlar, əsasən ermənilər olub və onlar Azərbaycan dilində təmiz danışıblar. Bu adamlar haqqında məlumatlar əlimizdədir və yaxşı bilirik ki, onlar o vaxtlarda və indi kimlərə işləyirlər. Onlar Sumqayıtda erməniləri öldürür və rəy yaradırdılar ki, bunları azərbaycanlılar qətlə yetirib, sonra isə azərbaycanlıları öldürüb erməniləri günahkar bilirdilər. Beləliklə, qarşıdurma yaranırdı və hadisələr idarə olunmurdu”.

Materialda Sumqayıt hadisələrinin icraçıları Eduard Qriqoryan və digərləri haqqında da məlumat verilir. Bildirilir ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə bu hadisələrdə 32 nəfər həlak olub. Onların 26-sı erməni, 6 nəfəri azərbaycanlı olub.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.

Azərtac