Xalq təbəbəti xəzinəmizdən:xərçəng xəstəliyinin qarşısını alan armud

0
5
Armud dünyanın bir çox ölkələrində yetişdirilir. Armudun Azərbaycan da 18 növü var, 6-ı yabanı, 2-i (adi armud və Qafqaz armudu) isə mədəni halda yetişir. Bu meyvəni ilin bütün fəsillərində tapmaq mümkün olsa da, adətən, qış aylarında yeyilir. Tərkibindəki A, C, B1, B2, B3 və s. vitaminlər sayəsində sağlamlığ üçün olduqca faydalıdır.

Ürək xəstəlikləri…

Armud ehtiva etdiyi bol liflər sayəsində bədəndə xolesterinin səviyyəsini aşağı salır. Gündə bir ədəd armud yemək insult riskini 50% azaldır.

Xərçəng riskini azaldır

Armudun tərkibindəki liflər kolon və süd vəzi xərçənginin qarşısını alır. Qeyd edək ki, xərçəng xəstəliyi hüceyrələrin zədələnməsi nəticəsində yaranır. Liflər isə ölü hüceyrələrin yeniləri ilə əvəz olunmasını təmin etdiyi üçün xərçəng riski azalır.

İmmunitet sistemini gücləndirir 

Armud C vitamini sayəsində təsirli bir antioksidantdır. Buna görə də bədəndə immunitet sistemini gücləndirir. İmmunitet sistemi güclü olduqda isə insan xəstəliklərə qarşı dözümlü olur.

Sümük xəstəlikləri…

Armud sümüklərin sağlamlığını qorumaq üçün, xüsusilə osteoparoz xəstəliyinə qarşı olduqca faydalıdır. Bədəndəki pH, yəni turşuluq səviyyəsini normal saxlayır və gündəlik kalsium miqdarını təmin edir. Kalsium sümükləri yaradan və onu möhkəmləndirən önəmli bir elementdir. Həmçinin sinir sisteminin normal işləməsini təmin edir. Təəssüf ki, son zamanlar kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir.

Həzm sistemini tənzimləyir

Normal ölçüdə bir armud bədənin gündəlik lif ehtiyacının, təxminən, 22%-ni ödəyir. Lif isə həzm sisteminin sağlamlığı üçün əvəzsiz qidadır. Xüsusilə mədə-bağırsaq sisteminin düzgün işləməsini təmin edən qidalardan biridir.

1370614910_armut-suyu-500x300

Armud şirəsinin faydaları

Armudun tərkibində kalsium, dəmir, maqnezium, kükürd, natrium və az miqdarda mis, fosfor və kalium var. Armud şirəsi də göstərilən xüsusiyyətlərinə əsasən çox faydalı qidadır – qəbzliyə mane olur, enerji verir, həmçinin iltihab və infeksiyalara qarşı təsirlidir. Bəhs edilən şirəni qəbul etmək insanda nəfəs darlığı və boğazda yaranan qıcıqlanmanı aradan qaldırır.

Qeyd edək ki, armud allergiya verməyən meyvədir və bu səbəbdən azyaşlı uşaqlar üçün əvəzsiz meyvədir.

Qəmər Şahbaz