Bu 4 MƏHSUL uşaqların qaraciyərini sıradan çıxardır

0
4

Bambino Gesu Hospitalının (İtaliya) mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.

Alimlər xüsusilı vurğulayır ki, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.

Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etikcə bu xəstəlik qaraciyər sirrozunun inkişafına gətirib çıxardır.