Sağlam olmaq istəyənlər bu məhsuldan imtina etsin

0
6

Şəkər ən ziyanlı məhsullardan biri sayılır. Bir çox araşdırmalar göstərib ki, şəkərdən imtina insanın sağlamlığına müsbət təsir edir.

Yaxınlarda Amerika alimləri bu mövzuda 700 nəfər insan iştiraki ilə yeni araşdırma aparıblar. Araşdırmada iştirak edənlər 9 gün ərzində şəkər qəbul etmirdi. Daha sonra onlar müayinə olunub. Məlum olub ki, hətta belə qısa müddət ərzində iştirakçıların qan təzyiqi və insulinin səviyyəsi  tənzimlənib, xolesterinin səviyyəsi azalıb.

Ekspertlər vaxtaşırı olaraq şəkərdən imtina etməyi tövsiyə edirlər.  Söhbət istənilən şirniyyatlardan, şirin qazlı içkilərdən, kolbasa-sosis (onların tərkibində də şəkər var) və s. məhsullardan gedir.