İran mediası:”General Hovard “bizim adam”dır”

0
6
İran mediası Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə namizədlərdən biri olan general Robert Hovard barədə maraqlı bir məqama diqqət çəkib.

Strateq.az “Tasnim News”a istinadla xəbər verir ki, Maykl Flinnin yerini tutmağa ən şanslı namizəd ötən əsrin 70-ci illərində Tehrandakı Amerikan məktəbində təhsil alıb. Çünki R.Hovardın atası həmin dönəmdə ABŞ ordusunda xidməti vəzifəsini yerinə yetirməklə bərabər, İran ordusunun müşavirlərindən biri olub.

Həmyaşıdları arasında amerikan futbolunun usta oyunçusu kimi xatırlanan R.Hovardla eyni sinifdə oxumuş və hazırda 61 yaşı olan Con Martinin sözlərinə görə, o, boş vaxtlarında fars dilini öyrənirmiş. 1974-cü ildə orta məktəbi bitirib ABŞ-a yollandıqda R.Hovard artıq fars dilini mükəmməl bilimiş.

1395112722205899610020144