İsraildə azanı qadağan edən qanun təsdiqlənib –Nazirdən açıqlama

0
6
İsraildə müsəlmanların ənənəvi namaz çağırışını – azanı qadağan etmək üçün nəzərdə tutulan mübahisəli qanun layihəsi Ədliyyə Nazirliyində təsdiqlənib.

Strateq.az xəbər verir ki, “Yəhudi Evi” Partiyasını təmsil edən ədliyyə naziri Ayelet Şakedin sözlərinə görə, qanun axşam saat 23.00-dan səhər saat 7:00-dək azan verilməsini qadağan edir.

İsrail prezidenti Reuven Rivl ərəb və geniş müsəlman dünyasında təhqir sayılacaq “Müəzzin qanunu” adı verilən sənədi qınayıb.