Burak Özçivitdən “Kara sevda”nın finalı haqda açıqlama – foto

0
9

Burak Özçivit çəkildiyi “Kara sevda” serialının bu mövsüm bitəcəyi haqda xəbərlərə münasibətini bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialdakı tərəf müqabili Uğur Aslanla ticarət mərkəzlərindən birində görünən aktyor belə deyib:

“Bu mövsüm serialın bitəcəyini deyirlər, amma bu barədə biz də bilmirik. Serialın ssenarisindən tam xəbərimiz yoxdur”.

Qeyd edək ki, “Kara sevda”nın növbəti seriyasında bir ilk yaşanacaq. Belə ki, ötən il dünyasını dəyişmiş müğənni Leonard Kohenin “Danc me to end of love” mahnsının sədaları altında “Kemal” və “Nihan” rəqs edəcək. Bununla da “Kara sevda” həmin mahnının rəsmi icazəsi ilə istifadə edən ilk türk serialı olacaq.