Zəyərək (kətan) toxumu – qəbizliyə TƏBİİ ÇARƏ

0
8

Zəyərək (kətan) toxumu çox faydalı müalicə məhsuldur.

Zəyərək toxumu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır. Həzm sisteminə bürüyücü, iltihab əleyhinə, ağrıkəsici və işlədici təsir göstərir.

Kətan toxumu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı əlavə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Zəyərək toxumu qəbizlik zamanı çox yaxşı təsir edir. Qidalı liflərlə zəngin olan zəyərək toxumu  bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. Həmçinin kətan toxumu dəmləməsi seliklə zəngindir ki, bu selik bağırsaqların fəaliyyətini asanlaşdırır.

Qəbizlik zamanı zəyərək toxumundan belə müalicəvi dəmləmə hazırlayın:

1 ç. q. toxumun üzərinə 150 ml (3/4 stəkan) qaynar su əlavə edin, 15 dəq. çalxalayın, süzün. Selikli maye alınmalıdır. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edin. Bu dəmləməni uzun müddət ərzində istifadə etmək olar. Onun heç bir ziyanı və ya yanaşı təsiri yoxdur.