Uğurunu kənara atanlar…

0
9

Qüdrət Əzizov

Uğurunu kənara atanlar…

İstedad və bacarıq bir insanın həyatında mühüm dəyişikliyə səbəb olan bir hadisədir. Düzgün istifadəni bilsən uğur ardınca uğur qazanmaq imkanına malik ola bilərsən. Bizim ölkədə də bu uğura imza atanlar az deyil. Xüsusən də idman sahəsində.
Mənə həmişə bir məsələ maraqlı qalıb, nəyə görə olimpiya çempionu olan idmancılarımız ikinci dəfə bu uğuru qazana bilmirlər. Nəinki çempionluq, heç finala qədər belə mübarizə apara bilmirlər. Bunun səbəbi onlara verilən vəzifə, pul və s… Əsas məsələ burdadır. Düzdür, mükafatlandırmaq lazımdır, amma bu dərəcədə yox. Onlara göstərilən qayğıya heç kimin şübhəsi ola bilməz, dövlət heç bir qayğını onlardan əsirgəmir. Hər kəs bilir ki, bizdə bir dəfə çempion oldusa, hər şey bitir və bundan sui-istifadə başlayır.
Mən bir tək İlhamı tanıyıram. Bilirəm ki, 2 qat Paralimpiya çempionumuzdur. Amma geri qalan olimpiya çempionlarımızdan təəssüf ki, ikinci dəfə çempion olanı qeyd edə bilmirəm.
Bu yaxınlarda bir xəbər eşitdim, güləş üzrə 2014 olimpiya çempionu Toğrul Əsgərov məşqcisi tərəfindən “məşq etmək istəmirsənsə, çix get” kəlməsinə tuş gəlib. Bizim idmançıların əsas problemi budur; göstərilən qayğıdan sui-istifadə. Bəlkə də çoxu mənim fikrimlə razılaşacaqdır.
Ötən gün isə iki çempionumuz həbs olundu. Biri üzərində silah gəzdirdiyinə görə, digəri isə narkotik vasitədən istifadə etdiyinə görə. Axı, təmiz gələcəyini məhv etmək, ömrünü dəmir barmaqlıqlar arxasında keçirmək bir insana bədbəxtlikdən başqa nə verə bilər?
Ölkədə o qədər potensiala malik gənclərimiz var ki, idmana olan həvəsləri, bacarıqları ilə onların çox uğura imza atacaqlarına inaniram. Sadəcə bu gənclərə şərait yaratmaq lazımdır. Yüksək potensiala sahib yetərincə gənc idmancılarımız var. Lakin bəzi səbəblərdən onlar məqsədlərinə nail ola bilmirlər. Bu problemlər aradan qaldırılmalıdır. Bəlkə bu gənclərin ard-arda qazanacaqları uğurlar digərlərinə dərs olar ki, əlindəki uğuru, bacarığı əllərinin tərsi ilə atmasınlar kənara.
Bir zirvəni fəth etdikdən sonra yeni zirvələr fəth etmək lazımdır. Əlində olan uğurun üstündən xətt çəkmək lazım deyil.

LEAVE A REPLY