Bu qan qrupu olan insanlar daha çox yaşayır

0
8

Qan qrupların insan sağlamlığına və hətta xasiyyətinə olan təsiri müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən öyrənilir.

Yaponiyada qan qruplarının insan xasiyyətinə olan təsirinə əsaslanaraq hətta idman komandaları yığılır, bu göstərici işə qəbul olanda nəzərə alınır. Yaponiyada bu mövzuya çox həssas yanaşırlar.

Araşdırmalar göstərib ki, 1-ci (0) qan qrupu olan insanlar digər qan qrupları ilə müqayisədə daha çox yaşayır.

1-ci qan qrupu ən qədim sayılır. Belə nəzəriyyə var ki, əvvəl bütün insanlarda yalnız 1-ci qan qrupu var idi. Daha sonra isə digər qruplar əmələ gəlib. 4-cü qan qrupu ən cavan sayılır. Bu ən azsaylı qan qrupudur. Hal hazırda alimlər belə hesab edir ki, qan qrupları əslində 4 deyil, daha çoxdur.