Aydın Əliyev
Tibb Universitetinin dosenti
I AVROPA OLİMPİYA OYUNLARI HƏM DÖVLƏTÇİLİK, HƏM DƏ MİLLİ MƏSƏLƏDİR.
MİLLİ BİRLİK VƏ HƏMRƏYLİK İLİ
2012-ci ildə Avropa musiqi festivalı yüksək səviyyədə keçirdik.Qonaqlarımız çox yüksək razılıqla Bakıda keçirilmiş musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu uzun müddət qeyd etdilər.
” Sarı Gəlin”
Bu dünya ustadsız aşıqlar kimi ,
Düz havava çalmayıb, çalmayacaqda.
Mikayıl Azaflı.
…”Sarı Gəlin”, bu mahnı deyil. Bu bir millətin daxili aləminin güzgüsüdür.O, daxili aləm ancaq yaxşılığa yüksəlib, kömək etməyə, insanı dərk etməyə , pislikdən uzaq bir dünyaya yönəlib.
Onu dərk etmək üçün , insanın açdığı cığırı hiss etməyi bacarmalısan.Səhər-səhər axan çayın içindəki yosunların hərəkətini görməlisən , daşın üstündə bitən mamırları dərk etməlisən, ustad Məmməd Araz kimi.
“Sarı Gəlin”i oxumurlar, onu dərk edirlər.O, dərk isə Vətəni və
Torpağı özünün olana məxsus olur.O, torpaq isə əcdadlarımızın ətindən, qanından və mərifətindən yaranıb.Onu sən necə dərk edirsən?
Zorla torpaq işğal etsəndə, orada zorla “vətən” yarada bilməzsən. Sən “Sarı Gəlin”i hiss edə bilməzsən. İdrakın buna çatmaz.
“Sarı Gəlin”i yaşayırlar, onu eşidən ululardan gələn Vətənini , Millətini və özünü həmin Vətənin və Millətin içində hiss edir.O ağrılar, hislər, mənliklər , hər bir çətinliyə sinə gərməklər var o fəlsəfədə.”Sarı Gəlin” fəlsəfədir, yəni mahiyyətdir.
Belə bir mahiyyətin , yəni insanlar arasındakı ünsiyyəti ancaq Balabanla açmaq olar.Həmin alətə dədələrimiz Balaban deyiblər.Həmin söz isə iki hissədən ibarətdir.Bala və ban.
Təsəvvür edin, səhər çağı heç tanımadığın belə, anadan yetim bir nimdaş geyimli, ayağı yalın bir körpə uşağın başını dizlərinə söykəyib için –için yavaşdan ağladığını eşidirsən.Özüdə səhər-səhər yəni, ban vaxtı , xoruzların banlar vaxtı, Günəş çıxmamış.
Axı düdük mənasızdır, heç bir insanlığa uyğun gəlmir.Ona görə də həmin aləti bəziləri “(qonşular)” düdük səsi kimi eşidirlər.Balabanda isə o səs təkcə eşidilmir, o səsi çalarları ilə görürsən , keçdiyin ömür yolundakı bütün keşməkeşləri yaşayırsan, özünü, kimliyini hiss edirsən.Bu həm də Balabanın möcüzəsidir.
Sağ ol Balaban , sağ ol Millətim , sağ ol Vətənim və torpağım. Torpağım çox işğallara məruz qalsa da , Millətimi birləşdirən hislərimizi heç kim bizdən ala bilməz.
”Sarı Gəlin” enerjidir, Günəşdir, sudur, torpaqdır, havadır.Biz hissimizin bir hıçqırtısı ilə belə dünyaya kim olduğumuzu, nə istədiyimizi bildirmişik.Özü də ban vaxtı hələ Günəş çıxmamış.Günəşin isə hamıya məxsus olduğunu bir daha hissimizlə açırıq.
Birlik axtaranlar, saysız-hesabsız tellərlə birləşmişik.Sadecə bu gücü görməliyik.
Təsəvvür edin, “Qarabağ Şikəstəsi”ni oxumaq üçün Xan əminin səs tellərinin ecazkar hisləri olmalıdır.
Adını belə çəkmədiyim (“qonşu”), səndə bu ecazkar hiss olmadığına görə onu özününküləşdirə bilməzsən.Aləti düzəldərsən, insana-səsə isə gücün çatmaz.Bizi həm də Xan əminin səsi, Göyçəli aşıq Müseyibin , Tovuzun Öysüzlü kəndindən olan el sənətkarı Səmədin sözlərinə “Qaragöz” mahnısı və təbii ki, ustadlarımızın o, cümlədən Türkiyədə yaşayıb yaradan Əlixan Səmədovun ifasındakı “Sarı Gəlin” mahiyyətləri birləşdirir.
…Baxın ” Sarı Gəlin” bizi haralara aparmadı; axan sular, qəbirlərimiz, mənliklərimiz, mədəniyyətimiz həmçinin bu günkü müstəqil Vətənimiz və Avropaya bu gün qısa zaman müddətində də olsa hər tərəfli dərs keçməyimiz.
Sarı Gəlin ancaq mahnı deyil, o bir Millətin , Torpağın yaşam tərzidir.
Müstəqil Azərbaycanımızı bir daha dünyaya tanıtdıran Avropa musiqi festivalından hissə gələrək köçürüldü…
2015-ci ildə də bizi ən azı Avropa məkanında çox böyük imtahan gözləyir.Adı idman yarışları olsa da faktiki söhbət nəinki ekonomik, həmçinin siyasi-mədəni və dövlətimizin cəmi gücünün nə yerdə olduğunun sübutundan gedəcəkdir.Bu tək hakimiyyətin deyil, cəmi millətimizin dünya qarşısında hesabatıdır.Müxtəlif əqidəli , dini baxışlı hətta bizi istəməyənlər də qonağımız olacaqlar.Təbii ki, biz öz güclü mədəniyyətimizi, təmkinimizi hesab edirəm ki, sübut edə biləcəyik.
Azərbaycanın inkişafını və müstəqil yaşaya bilmə qabiliyyətini, siyasi mədəniyyətini, hətta enerji , idman, dini tolerantlıq baxımından dünyanın öndə gedən ölkələrindən birinə çevrildiyini inanıramki göstərə biləcəyik.
Avropanın ilk Olimpiya oyunlarının Bakıda keçirilməsi bir dövlət və millət olaraq həmçinin özümüzün bir-birimizə olan münasibətlərimizin nə yerdə olduğunun təsdiqini tapacaqdır.
İnanıram ki, bu məsələlərdə də heç bir problemimiz olmayacaqdır.Bu yarış müstəqil Azərbaycan dövlətimizin həm dünya, həm də özümüz qarşısında imtahanımızdır.Bu imtahandan alnı açıq çıxmağımıza yüksək inam hiss ilə bu fikirləri bildirmək istədim.
Baxmayaraq ki, dünya BMT-nin timsalında Qarabağda torpağımızın işğalı ilə bağlı 4 qətnamə qəbul edib, Avropa isə ATƏT-in Minsk qrupunun timsalında guya torpaqlarımızın işğalından azad olunmasında ədaləti qoruyacaqdır.Təəssüf ki, BMT-də , Minsk qrupu da Azərbaycan Dövləti və Milləti qarşısında bilərəkdən üzləri qaradır.
2015-ci ildə müstəqil dövlətimizi payızda növbəti dəfə daha çox daxili siyasi mənəviyyatımıza əsaslanan parlament seçkilərimiz gəlir.Bu da imtahandır.Seçkilərlə bağlı çox saylı problemlərimizin olmağına baxmayaraq , gəlin bu seçkini daha demokratik keçirməklə 2015 –ci ilin Azərbaycan ili kimi özümüzə , dünyaya da isbat edək.
İdman da siyasətə qulluq edir, siyasət isə hər bir prosesə.
Siyasi kültürümüzün də ciddi , demokratik inkişaf yolu keçdiyini sübut edə biləcəyik arzusu ilə Dövlətimizə-Millətimizə bütün uğurları diləyirəm.
Mədəniyyət sözü iki hissədən ibarətdir.Mədə və niyyət.Kültür sözü isə mədəniyyət sözünün əhatə edə bilmədiyi bütün məsələləri də göstərir.Dünyada qəbul olunmuş bu söz dünyaya inteqrasiyaya səbəb ola bilən sözdür.
P.S.Yaddan çıxartmayaq ki, ustad Mikayıl Azaflı SSRİ imperiyası vaxtı yaşamışdır.İnanaq ki, biz isə öz müstəqil dövlətçiliyimizdə “havalarımızı” düz ifa edəcəyik.