“Müsavat” Partiyasının başqanı Arif Hacılının oğlunun Polşa Respublikasında siyasi sığınacaq alması barədə məlumat yayılıb.
Yayılmış xəbəri dəqiqləşdirmək üçün Müsavat Partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxladıq.
Arif Hacılı “Ölkə.Az”-a bildirdi ki, yayılan xəbərlər yalandır.
Müsavat Partiyası başqanının sözlərinə görə, oğlu heç bir yerə getməyib.
Əlavə olaraq Arif Hacılı bildirdi ki, oğlum hal-hazırda Bakıdadır.
Qeyd edək ki, yayılan məlumata əsasən, “Müsavat” başqanının oğlu bir müddət əvvəl Polşanın müvafiq orqanlarına müraciət edib və ona 2016-cı ilin sonlarında siyasi sığınacaq verildiyi deyilir.