Azərtac xəbər verir ki, təmirdən və avtomobillərin hərəkətinin bərpasından bir neçə saat sonra yolun çökməsi, yuxarı hissədə yeni çatların meydana gəlməsi təhlükəli vəziyyət yaradıb. 16 nömrəli “Yol İstismar” MMC-nin işçi qüvvəsi və texnikası fevralın 8-də səhər tezdən əraziyə gəlib.
MMC-nin baş mühəndisi Əyyub Məcidov deyib: “Yolun çökən hissəsinə 100 ton asfalt örtük vurulub. Dünən axşamdan avtomobillərin hərəkəti bərpa olunub. Səhər yolun yuxarı hissəsində yenidən çatların yarandığını gördük. Sürüşmənin davam etməsi yenidən təhlükəli vəziyyətə səbəb olub. Sinoptiklərin bildirdiyi kimi, bu günlərin yağışlı və qarlı keçəcəyi təqdirdə sürüşmə daha da aktivləşə bilər. Hələlik yol açıqdır, lakin hər an çatlar böyüyə və dərinləşə bilər. Sürücülərə zəruri səbəb olmadan dolaylardan istifadə etməmələri məsləhət görülür”.