Tayvan Milli Universiteti xəstəxanasının əməkdaşları aşkar ediblər ki, QSİƏP infarkt riskini üçqat artırır.
Tədqiqatçılar son 7 ildə ürəktutması ilə xəstəxanaya düşmüş 10 minədək adamın xəstəlik məlumatını təhlil ediblər. Alimləri QSİƏP-in və respirator infeksiyalarının infarkt riskinə necə təsir etməsi maraqlandırıb. Tədqiqat göstərib ki, respirator infeksiyası olan və QSİƏP-ləri peroral qəbul edən xəstələrdə ürəktutması ehtimalı nəzarət qrupu ilə müqayisədə 3,4 dəfə çox olub. Bu preparatın damcıtökmə yolu ilə yeridildiyi adamlarda risk nəzarət qrupundan 7,2 dəfə çox olub.
Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, respirator infeksiyası keçirmiş, lakin QSİƏP qəbul etməyən iştirakçılar nəzarət qrupundakı adamlara müqayisədə 2,7 dəfə daha tez infarkt keçiriblər. Respirator infeksiyası olmayan və QSİƏP qəbul edən könüllülərdə risk 1,5 dəfə yüksəlib. Alimlər vurğulayırlar ki, tədqiqatın davam etdirilməsi vacibdir.