Türkiyədə güclü zəlzələ:Dağıntılar var

0
6
Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ olub.

Episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Çanaqqala valisi Orxan Tavlı ilkin məlumatlara görə hadisə nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirsə də, Yuxarıköy kəndində bəzi evlərə ziyan dəydiyi bildirilir. Kənddə 2 nəfərin də xəsarət aldığı bildirilir.

Bayırköy muxtarı Mehmet Yəhya Çavuş isə kənddə 40-50 evə, eləcə də təsərrüfata zərər dəydiyini deyib. Çamköy muxtarı Mustafa Sinop da kənddə 5-6 evin zərər gördüyünü bildirib.