Qanazlığı, diabet, qəbizlik, kişilərdə potensiyanın azalması zamanı kömək edən GÖYƏRTİ

0
6

Kahı əslində göyərti deyil, yarpaq tərəvəzdir. Kahı sağlamlıq üçün olduqca faydalıdır. Onun tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.

Sizə kahının saqlamlığımız üçün inanılmaz faydalarını təqdim edirik:

1. Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır. Kahının tərkibində bitkilərdə kifayət qədər az rast gəlinən fol turşusu var. Fol turşusu (B9 vitamini) qan üçün ən əsas vitaminlərdən biri sayılır.

2. Qanda “pis” xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

3. Orqanizmi bir çox vitaminlərlə təmin edir ki, bununla hipovitaminozun (vitamin çatışmazlığı) və onunla bağlı olan bir sıra problemlərin qarşısını alır.

4. Qidalı liflərlə zəngin olan kahı bağırsaqları yaxşı təmizləyir, həzmi yaxşılaşdırır, qəbizlik zamanı faydalıdır.

5. Sinir sistemini möhkəmləndirir, beyinin fəaliyyətini stimullaşdırır.

6. Hipertoniya zamanı təzyiqi tənzimləməyə kömək edir.

7. Antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xərçəngin və bir çox xroniki xəstəliklərin inkişafının qarşısını alır.

8. C vitamini ilə zəngin kahı damarları möhkəmləndirir, immun sisteminə müsbət təsir edir.

9. Kişilərdə potensiyanı (kişi gücü) yaxşılaşdırır.

10. Görməni möhkəmlndirir.

11. Hamilə və süd verən qadınlar üçün xüsusilə faydalıdır – tərkibində olan fol turşusuna görə hamiləlik zamanı döldə sinir sistemi qüsurlarının qarşısını alır, südün ifrazını artırır.

12. Arıqlamağa kömək edir.

13. Kahının müxtəlif növləri var. Tünd qızmızı kahı ən faydalı sayılır.