“Kiyevə hücum olacaq”

0
9

“Kiyevə hücum olacaq”

“Ən yaxın həftələrdə Putinin Kiyevə hücumu istisna edilmir. Putin bütün Ukrayna ilə “məşğul olmağa” qərar verib”.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi, İqtisadi Analiz İnstitutunun prezidenti Andrey İllarionov çıxış edib.

Sabiq məsləhətçinin sözlərinə görə, son bir neçə gündə döyüş əməliyyatlarının yeni mərhələyə keçə biləcəyi göstərən əlamətləri ortaya çıxıb:

“Separatçılar danışıqlar prosesini pozub və 100 min nəfərin səfərbərliyə alınacağını bəyan edib. Buna görə də istisna edilmir ki, Kiyevə yürüş hazırlanır. Bu böyük hücum olacaq – yalnız Donbas hövzəsinə deyil, həm də Mərkəzi Ukraynaya. Eyni zamanda, Kiyev də daxil olmaqla ölkənin müxtəlif şəhərlərində təxribatlar istisna edilmir.

Hücum bir neçə gün sonra başlana bilər. Hücumun hədəfi Ukraynanın ləğvi və ya hakimiyyətinin zəiflədilməsidir. Bunun üçün ən müxtəlif vasitələrdən istifadə oluna bilər: döyüş əməliyyatların aktivləşməsindən terror aktlarına və Kiyevin küçələrində kütləvi toqquşmalara qədər”, – İllarionov qeyd edib.

Onun sözlərinə görə, müharibəni dayandırılmasının yeganə yolu Ukraynanın qələbəsidir.

Andrey İllarionov bir müddət əvvəl də bildirmişdi ki, Rusiya prezidenti Ukraynaya qarşı təcavüzü dayandırmayacaq: “Çünki Putin özünün “tarixi missiyası”na inanır”.

LEAVE A REPLY