“Ulan İstanbul” bir ilkə imza atır
Kanal D-nin diqqət çəkən seriallarından olan “Ulan İstanbul”un ekranlara vida edəcəyi barədə xəbər vermişdik.
Serial televiziya ekranlarında yayımını dayandırsa da, yeni seriyaları izləmək mümkün olacaq.
Sosial şəbəkədə serialın bağlanmasına etiraz edən fanatlar üçün bu qərara gələn şirkət eyni gündə, eyni saatda senzurasız yeni seriyaları internetdə təqdim edəcək. Türkiyə üçün bir ilk olan xidmətin pullu olacağı gözlənilir.
Üstəlik “Ulan İstanbul” dünyada məşhur olan serialların standartına uyğun olaraq 45 dəqiqə davam edəcək.