Bakıda yaşayış binasında güclü yanğın –5 nəfər xilas, 30 nəfər təxliyə olundu

0
6
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. 

Strateq.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilib və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.