DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ekstremist məhv edildi

0
6

Bu gün, 26 yanvarda Dövlət Təhlükəsizliyi Xidməti silahlı cinayətkarın – dini ekstremist, Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün xüsusi əməliyyatı keçirib.

Əməliyyat zamanı cinayətkar silahlı müqavimət göstərib.

Bu barədə virtualaz.org-a DTX-nın ictimai əlaqələri üzrə şəbəsindən bildiriblər.

Məlumatına görə, DTX əməkdaşları qanuna uyğun olaraq silah tətbiq ediblər. Cinayətkar məhv edilib.