Yol polislərinin davranış və fəaliyyətinə geniş dəstək reaksiyaları başlayıb

0
8

Yol polislərinin davranış və fəaliyyətinə geniş dəstək reaksiyaları başlayıb

Ramiz Tağıyev: «Yol polisləri olmasa, qəzaların qarşısını almaq olmaz»

Son illər ərzində Azərbaycanda avtomobillərin sayı həddən artıq çoxalıb. Əhalinin böyük hissəsinin paytaxtda məskunlaşdığını nəzərə alsaq, avtomobillərin məhz Bakıda çox olmasına da təbii yanaşmaq lazımdır. Məsələnin digər maraqlı tərəfi də var. Əvvəllər avtomobil əldə etmək olduqca çətin idi.
Sayılıb-seçilən kişilərin maşını olurdu. İndisə yox. Bir qədər pulunun olması kifayətdir ki, avtomobil sahibi olasan. Avtomobillərin çoxalması dövlət üçün əlavə məsuliyyət yaradır. Yollarda təhlükəsizliyin təmin edilməsi kimi vəzifə DYP əməkdaşlarının üzərinə düşür. Ancaq, təəssüflər olsun ki, çox vaxt onların işlərindən irəli gələn tələbləri yerinə yetirməsi cəmiyyətin bəzi üzvləri tərəfindən aqressiya ilə qarşılanır. Yayılan məlumatlardan da görürük ki, yol polisinin üstünə maşın sürən də olur, onlara qarşı kobudluq edən də. Ümumi anlamda, məhz yol polisinə qarşı aqressiv münasibət hiss olunur.
Tanınmış siyasətçi Ramiz Tağıyev deyir ki, hər zaman dara düşəndə müraciət etdiyimiz polisə qarşı nəzakətsiz davranmaq olmaz: «Bizim ən çətin problemimiz olanda məhz polisə pənah aparırıq. Yol polisləri olmasa, qəzaların qarşısını almaq olmaz».

Samir Adıgözəlli: «Heç kim istəmir ki, polis onu saxlasın və ya cərimə etsin»

Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli hesab edir ki, polisə qarşı aqressiyanın olması yolverilməzdir: «Ola bilər ki, hansısa polis hərəkətlərində və ya tələbində qanunvericilikdən kənara çıxır. Bu heç də vətəndaşa aqressiya nümayiş etdirməyə əsas vermir. Belə hallar olarsa, mütləq DİN rəhbərliyinə müraciət olunmalıdır. Şübhəsiz ki, həmim polis işçisi barədə qanuna müvafiq tədbirlər görüləcək. Mənim şəxsi avtomobilim yoxdur. Bu o demək deyil ki, yol polisinin davranışını, onlara qarşı nümayiş etdirilən münasibəti izləmirəm. Mən deyərdim ki, polis sistemində ən ağır işi görən qurumlardan biri məhz DYP-dir. Onların işi elədir ki, qanunun tələblərinə uyğun olaraq, kimisə cəzalandırmalıdırlar. Bu da heç kimin xoşuna gəlmir.

Şəmsəddin Əliyev: «Bunu edənlər hərəkətlərinin mahiyyətini dərk etmir»

Heç kim istəmir ki, polis onu saxlasın və ya cərimə etsin. Bu da olunmasa, vəziyyət həddən artıq pis olar». «Polisə Dəstək» İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, yol polisilə bağlı doğrudan da bəzi problemlər

yaşanır: «Bunu edənlər hərəkətlərinin mahiyyətini dərk etmir. Mən deməzdim ki, belə hərəkətlərə yol verənlərin sayı çoxdur. Azlıq təşkil edən bu qrupun mədəni, intellekt səviyyəsi aşağıdır.
Belə olmasa, Azərbaycan dövlətinin simvolunu çiynində daşıyanlara qarşı bu şəkildə hərəkət etməzlər. Mən bir vətəndaş və hüquqşünas kimi istənilən polis işçisilə nəzakətsiz davranışı qəbul etmirəm».

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY