Milyarder qadınlar:dünyanın ikinci ən varlı qadını Alisiya Volton

0
6
“Volmart” dünyanın ən nüfuzlu şirkətlərindən biridir. Amerikada 1995-1996-cı illərdə milli məhsul artımının yüzdə dördünü “Volmart” təmin edib. 1962-ci ildə təsis edilən şirkətin qurucusu Sem Volton (Sam Walton) olub.  Onun varislərindən biri hal-hazırda dünyanın ikinci ən böyük qadın milyarderi Alisiya Voltondur (birinci yerdə “Loreal”ın varisi Lilian Bettenkurdur). Onun sərvəti 32 milyard 300 milyon dollardır. Alisiyanın tanınmış bir çox milyarderlərdən fərqli və maraqlı həyatı var.

O, 1949-cu il oktyabrın 7-də dünyaya gəlib. Alisiya ailəsinin yeganə qız övladıdır. 3 qardaşından biri Con Volton 2005-ci ildə təyyarə qəzasında həyatını itirib. Ölən qardaşının həyat yoldaşı Kristi Volton 2015-ci ldə dünyanın ən zəngin qadını olub. Digər qardaşları isə RobCim Voltondur. Ümumilikdə isə Volton ailəsinin bütün fərdləri dünya miqyaslı iş adamlarıdır.

waltonjimalicerobsonwalmartapmi60071-resize-600x338

Rob, Alisiya və Cim Volton

Alisiya Volton Triniti universitetinin (Trinity university) maliyyə və iqtisadiyyat fakultəsini bitirib. O, işə kapital analitik kimi başlayıb, daha sonra “Arvest Bank Group”un vitse-prezidenti kimi fəaliyyət gostərib və 1988-ci ildə korporativ maliyyə ilə məşğul olan “Llama” investisiya bankını qurub.

Alisiya 24 yaşında həmin dövrün ən qabaqcıl investisiya bankının prezidenti ilə evlənib. Lakin 3 ildən sonra boşanıb. Daha sonra bir mühəndislə evlənsə də, yenə bəxti gətirməyib. Onun ailəsi bu dəfə daha tez dağılıb.

Xanım Volton hələ gənc yaşlarından digər ailə üzvlərindən fərqli olaraq şirkət işləri ilə çox az maraqlanıb. Onun marağı incəsənət sahəsinə idi. İlk dəfə 10 yaşında pul yığıb və Pikassonun “blue nude” (çılpaq mavi) əsərini alıb. O bu marağı sayəsində ailəsinin doğulduğu yerdə – Arkanzasda, “Crystal Bridges” adlı Amerika sənət qalereyası açıb. Qalereyanın idarə heyəti, incəsənət xadimi Con Vilmerdinq (Jhon Wilmerding) Alisiya haqqında deyib: “Xanım Volton bir çox sənətçilərin bütün əsərlərini toplayırdı. Martin Hid (Martin Johnson Heade), Stüart Deyvis (Stuart Davis), Corc Belous (George Bellows) və Con Sarqent (John Singer Sargent) kimi rəssamların əsərlərini heç kimin xəbəri olmadan alırdı”.

Alisiya Voltonun siqaret tərgitmək cəhdi Alfred Maurer (Alfred Maurer) və Tom Veselmanın (Tom Wesselman) siqaretlə bağlı çəkdiyi tabloları almağına səbəb olub. 2011-ci ildə verdiyi bir müsahibədə bütün rəssamların əsərlərini almaq istədiyini deyib. O, qeyd edib ki, ən sevdiyi sənətçi amerikalı modernist rəssamMarsden Harleydir (Marsden Hartley).

2-Aerial-View-from-North

“Crystal Bridges” rəsm qalereyası

2014-cü ilin dekabr ayında Daniel Fradın həyat yoldaşı Ritanın Nyu-Yorkda auksiyonda satışa çıxardığı kolleksiyası telefon vasitəsilə alınıb. Satışda bütün kolleksiyaçılar iştirak etdiyi üçün kimin aldığı bilinməyib. Bir müddət sonra kolleksiyanı Alisiyanın 20 milyon dollara aldığı məlum olub. Daha sonra o, Eşer Braun Durandın (Asher Brown Durand) 1849-cu ilə aid “Kindred Spirits”(“Doğma ruhlar”) tablosunu 35 milyon dollara alıb. Bu əvəzsiz əsəri 1904-cü ildə Nyu-York xalq kitabxanasına  “New York” qəzetinin redaktorunun qızı Culia Briant(Julia Bryant) verib.

“Crystal Bridges”  bir neçə il əvvəl amerikalı rəssam Norman Rokvelə (Norman Rockwell) satılıb. Satış qiyməti isə heç vaxt açıqlanmayıb. Rokvel burada şəxsi kolleksiyasını sərgiləyib.

Alisiya Voltonun adı siyasi arenada da çəkilib. “Progress for Amerika” partiyasına 2004-cü ildə prezident seçkiləri zamanı 2 milyon 600 min dollar vəsait ayırıb. Seçkilər ərəfəsində partiya İraq savaşını dəstəklədiyini açılayıb, həmçinin Cor Buşun təbliğatını aparıb. Alisiya Volton 2012-ci ildən etibarən isə “Restore our future” (“Gələcəyimizi bərpa edək”) kampaniyasına 200.000 dollar yardım edib.

Qəmər Şahbaz