Göz önündə çökən ölkə!

0
8

Seymur Süleymanov

Göz önündə çökən ölkə!

Göz qarşısındadı Türkiyə…
Hər gün getdikcə daha da bataqlığa sürüklənir.
Türkiyəni bataqlığa sürükləyən,indiki Türkiyə iqtidarıdır.
AKP iqtidarı…
Hakimiyyətə gələndə,YENİ TÜRKİYƏ deyirdilər…
Hanı YENİ TÜRKİYƏNİZ?!
AKP dönəmindən,indiki dövrə qədər Türkiyə heç zaman irəli getməyib.
İnkişaf edə bilər, amma…
İnkişaf edən ancaq zibil qablarının boyanması,divarların rənglənməsi,yolların işiqlanması,məscidlərin artması,dinçi nəsilin yetişməsidir…
Bu inkişaf deyil…
Bu tənəzzüldü.
Bu geriyə addımdı.

*****************

Hakimiyyətin xəyalı Osmanlı dövrüdür.
Şəriət dövrüdür.
Sultanlıq dövrüdür.
Bu dövr Türklərin ərəbləşməsinə aparıb çıxardan dövrdür.
Bəli,indiki hakimiyyət bunun tərəfdarıdır.

Hakimiyətin neçə illərdir ki həyata keçirtmək istədiyi planlardan biri Türkiyədə Atatürk”çüləri silib süpürməkdir..
Atatürkçülər bu gün Türkiyədə fəaldırlar. Hakimiyyət onlardan qorxur.
Mənim dediklərimə əməl etmirsənsə,sən ölməlisən! Bu düşüncə ilə iqtidar YENİ TÜRKİYƏni qurmaq istəyir.
Və bunu deyə bilərik ki,Türkiyədə artıq Diktatorluq dövrü hökm sürür.
Məsələn Ərdoğan…

****************

Prezident olarkən,məclisdə “Tərəfsiz qalacağına,heç bir partiyaya bağlı olmayacağına”and içmişdi.
Sayın Rəcəb Tayyip Ərdoğan…
30 yanvarda Kırşehirdə meydanlara çıxaraq xalqdan,7 iyunda parlament seçimlərində AKP-yə səs vermələrini istədi.
Konstitusiyanı dəyişmək üçün AKP-yə səs verməyə çağırdı.
Sanki AKP partiyasının lideridir…
Əgər AKP parlamentdəki 550 mandatdan 330-nu qazana bilsə,konstitusiyanı dəyişmək üçün referenduma gedə biləcək.
Və konstitusiyanı dəyişərək,prezident üsul-idarəçilik sisteminə keçəcəklər.
Ərdoğan tərəfsiz qalacağına dair necə and içib anlayanmıram?!
Prezident tərəfsiz olmalıdır.Heç olmasa bunu Abdullah Güldən öyrənərdi.
Abdullah Gül tərəfli mövqe sərgilsə də,cəmiyyət qarşısında bunu biruzə vermirdi.

Türkiyəni heç heç kəs çökdürməyəcək.

Türkiyə onsuz çökmək üzrədir…

LEAVE A REPLY