Bakıda keçmiş rəis müavini intihar edib

0
7
Bakıda intihar olub.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.  (APA)