Televizora çox baxmaq insanda fəaliyyətsizlik, passivlik yaradır ki, bu da piylənmə və ürək-damar xəstəlikləri ilə bağlıdır.
Televizorun insan sağlamlığına zərərli təsirini göstərmək üçün getdikcə daha çox tədqiqat aparılır. Alimlər televizora uzun müddət baxmağın çox zərərli olmasının bir neçə səbəbini tapıblar.
Tədqiqatın nəticələri “Health & Medicine” jurnalında dərc edilib. Bu yaxınlarda Harvard İctimai Səhiyyə Məktəbində aparılmış tədqiqat nəticəsində müəyyən olunub ki, televizora çox baxmaq piylənməni və 2-ci tip şəkərli diabetin inkişaf riskini xeyli artıra bilər. Rod-Aylend ştatında universitetdə aparılmış tədqiqat da televizora uzun müddət baxmağın zərərini sübut edib.
Televizora baxmaq insanın düşünməsinə də mane ola bilər. Televiziya kanalında müxtəlif məsələlər barədə müntəzəm verilən informasiya, fikir və təhlil insanı tənqidi təfəkkürdən imtina etməyə yönəldir. Bu yolla insanlar dezinformasiya edilə bilər və nəticədə onları asanlıqla manipulyasiya etmək olar.
Azertag.az