Moderator.az“Washington Post”a əsaslanaraq bildirir ki, ABŞ prezidenti Donald Tramp inauqurasiyaya üç gün qalmış məhkəməyə verilib.
Yeni seçilmiş ABŞ prezidenti Donald Trampı seksual təcavüzdə ittiham edən amerikalı qadın Sammer Zervos ona böhtan atdığı iddiası ilə məhkəməyə müraciət edib. Qadın iddiasında bildirir ki, Tramp ona qarşı seksual təcavüzdə olmasını inkar edir, onu və eyni ittihamla çıxış edən qadınları yalançı adlandırır. İddiaçı tələb edir ki, onun haqqında dediyi sözdən imtina etməsi üçün məhkəmə qarşısında Tramp öhdəlik götürsün.
“Cənab Tramp mənim istədiyim kimi təkziblə çıxış etmədiyindən, şərəfimi bərpa etmək üçün, o məhkəməyə müraciət etməkdən başqa mənə ayrı seçim qoymadı”- deyən, Zervos bu sözləri mətbuat konfransında söyləyib.
Qadının vəkili əlavə edib ki, onun müştərisi “yalan dedektorundan” yoxlamadan da keçib. Qadın pul kompensasiyasından da imtina edib.