Kiyevdə Azərbaycanın 45 yaşlı vətəndaşı donaraq ölüb.
Virtualaz.org bildirir ki, bu barədə Təcili yardım həkimlərinə istinadən “İcmalçı” nəşri xəbər yayıb.
Kişini tibbi məntəqəsinə dünən – bazar ertəsi çatdırıblar. Həmin vaxt o huşsuz vəziyyətdə olub.
Həkimlər bir neçə saat mübarizə aparsalar da, onun həyatını xilas edə bilməyiblər.
İşə artıq polis qarışıb. Qanun keşikçiləri onun hansı şəraitdə donduğunu araşdırırlar.