Çin zəlzələ barədə məlumat əldə etmək üçün kosmosa elektromaqnit monitorinq peyki göndərməyi planlaşdırır.
Cari ilin ikinci yarısında kosmosa göndəriləcək peyk Çin hüdudlarında və ona bitişik ərazilərdə yer səthində baş verən dəyişikliklərin yaratdığı elektromaqnit şüalanmanı müşahidə edəcək. Toplanılan məlumatlar əsasında zəlzələ ehtimalına dair proqnoz veriləcək.
Çin Zəlzələ Administrasiyasının rəsmisi Şen Suhuy bildirib ki, bu, Çinin kosmosda zəlzələ monitorinqi aparan ilk peyki olacaq. Beş il kosmosda qalması nəzərdə tutulan peykdən naviqasiya məqsədilə də istifadə olunması istisna edilmir(azərtac).