Yer bu cür məhv olacaq…

0
7
Dünyanın sonu haqqında yeni fərziyyə
ABŞ-ın Vaşinqton universitetinin professoru Peter Vard dünyanın məhvi barəsində yeni versiya irəli sürüb.
Moderator.az xəbər verir ki, Peter Vard Yerdə həyatın sonunu gətirəcək əsas səbəbin quyruqlu ulduz olduğunu qeyd edib. Onun sözlərinə görə, quyruqlu ulduzların Yerlə toqquşması ən böyük asteroidin Yerə çarpmasından ən azı 3 dəfə təhlükəlidir. P.Vard dünyanın dağılma ssenarisinin son nöqtəsinin Hale-Bopp quyruqlu ulduzunun olmasını iddia edir. Onun fikrincə, H.B-in Yerlə toqquşması nəticəsində çox güclü enerji partlaması baş verəcək. Nəticədə, okeanlar qaynaya, çox güclü buxarlanma yarana bilər. Bu isə Yer kürəsində həyatın sonu deməkdir.