Şah Təhmasibə məxsus “Şahnamə”nin bir səhifəsi satılıb –12 milyon dollara

0
10
İran Milli Kitabxanasının direktor müavini Qulamrza Əmirxani son dövrdə milli sərvət olan bir sıra əlyazmaların qaçaqmalçılıqla ölkədən çıxarılmasından şikayətlənib.

Strateq.az xəbər verir ki, onun sözlərinə görə, bir müddət əvvəl “Sotheby`s” hərracında Səfəvi hökmdarı I Şah Təhmasibə məxsus “Şahnəmə”nin bir səhifəsi 12 milyon dollara satılıb.

Q.Əmirxani ölkənin rəsmi şəxslərinə müraciətlə bildirib ki, onlar hətta şəxsi kolleksiyalara məxsus olan, milli mədəniyyətin nadir nüsxələri sayılan qədim əlyazmaların İrandan kənara çıxamsına imkan verməməlidirlər.