Bzejinskidən “Üçlər İttifaqı” təklifi:“ABŞ üçün Rusiya və Çinin ittifaqından təhlükəli heç nə ola bilməz” – ÇIXIŞ

0
7
Zbiqnev Bzejinski bu çıxışı dekabr ayında Osloda Nobel mükafatı verilmə mərasiminə həsr edilmiş Forumda edib. Çıxış “Huffington Post” qəzetndə dərc edilib.

 

Strateq.az qısa ixtisarla çıxışı oxuculara təqdim edir:

İkinci dünya müharibəsindən sonrakı 70 ildə planetdə sülhü yalnız nüvə bombası təhlükəsi sayəsində saxlamaq mümkün oldu. Bu bomba dünya siyasətini kökündən dəyişdi. Amma onun sabitliyə təsiri daha çox ölkələrin buna sahib olması üzündən enməyə başladı.

İki böyük dövlətin apardığı “soyuq müharibə” SSRİ və ABŞ-ı dünyada təhlükəsizliyin saxlanmasında cavabdehə çevirmişdi. “Soyuq müharibənin” ilk mərhələlərində nüvə silahı hər iki qüdrətli dövlətə xüsusi status vermişdi.

Onlar bütün dünyanın taleyində ünikal cavabdehliklərini hiss edirdilər. ABŞ və SSRİ bir-birini yaxşı başa düşürdülər.

Son zamanlar dünyadakı sabitlik nəhəng dövlətlərin rəqabəti sayəsində təhlükə altına düşüb.  20-ci əsrin sonu, 21-əsrin əvvələrində dünyada güc və hakimiyyət konfiqurasiyası dəyişdi. Amerika və Rusiya prinsipial rəqib kimi qaldılar. Amma xudmani nüvə arsenalına malik olan Çin Uzaq Şərqdə daha böyük və təhdidedici qüvvəyə çevrilməyə başladı.

Dünyanın 3 güc mərkəzi olan ABŞ, Rusiya və Çin qlobal toqquşmadan qaçmaq üçün əməkdaşlığa can atmalıdır.

Rusiya üçün regionda situasiya xüsusi ilə çətinləşib. SSRİ tərkibinə daxil olmuş qeyri-rus respublikaları bu gün açıq şəkildə öz milli müstəqilliklərini təsdiqləyir və SSRİ-ni xatırladan hər hansı bir strukturda iştirak etməkdən imtina edirlər.

İslam dininə sitayiş edən Mərkəzi Asiya respublikaları qəti şəkildə müstəqilliyin ilkin və formal halından tam dövlət müstəqilliynə keçmək əhavlı nümayiş etdirirlər.   

Bu cəhdləri həmçinin pravoslav dininə etiqad edən bir neçə slavyan dövləti –Ukrayna və Belarus da bölüşür. Onların hər ikisi öz bayrağı və ordusu olan suveren dövlət olmaq və Avropa ilə əlaqələri sıxlaşdırmaq, inkişaf etdirmək  niyyətindədirlər.

Bu zaman Çinin Avropaya birbaşa ticarət yolu əldə etməsi üçün Mərkəzi Asiyaya doğru strateji irəliləməsi artıq Rusiyanın SSRİ-nin cənub hissəsində iqtisadi hökmranlığını ciddi şəkildə zəiflədir.

Hal-hazırda Çin və Rusiyanın münasibətləri Pekin üçün qısamüddətli cəlbedici alternativ vəd edir. Baxmayaraq ki, hər iki tərəfin bir-birinə qarşı tarixi incikliyi var. Bu isə Moskva və Pekini bir-birinə şübhəli şəkildə baxmağa məcbur edir. Məhz  buna görə Çinin “bir qurşaq- bir yol” təşəbbüsü Moskvanı pis vəziyyətdə qoyub. Rusiya indi hər vəchlə bu planı dayandırmaq, və Çinin Avropaya ticarət yolunun açmaq planını ləngitməyə çalışır.

Rusiyanın Amur vilayətinin əhalisi 830 min nəfərdir. Rusiyaya məxsus bütün nəhəng Uzaq Şərq torpaqlarında cəmi 6 milyon adam yaşayır. Amur çayının o biri sahilində, Rusiya və Çinin sərhədində yerləşən Xyluntzyanda isə 40 milyon insan yaşayır. Bu kontrast o qədər də uzaq olmayan gələcəkdə  Çin və Rusiya arasında geopolitik gərginliyə səbəb ola bilər. Daha uzaq perspektivdə isə Rusiya üçün ən pisi  Çin hərbi elitasının Cənubi Sibiri ələ keçirmək niyyətinə düşməsi ola bilər.Beləlilklə, uzaq Şərqi Asiyanın məskunlaşmamış məkanları Çinin bu Asiya ölkələrində geopolitik hökmranlığa nail olmaq üçün aparacağı strateji planı ola bilər.

İstənilən halda Rusiyaya ABŞ və Çinlə ən çətin münasibətləri qurmaq lazım gələcək. Bu isə Moskva üçün uzağa gedən ambisiyalarını cilovlamağı qaçılmaz edəcək. Rusiya öz cəhdlərini yalnız bütün qitədə üstün olmaq illyuziyasından azad ola bildikdə reallaşdıra bilər. Bu zaman Moskva Avropada aparıcı oyunçuya çevrilə biləcək.

Eyni zamanda etriaf etməliyik ki, Amerika Çinə qarşı ikimənalı siyasət yürütməyə başlayıb. Bu siyasətin ümumi strateji planı yoxdur. ABŞ Rusiya və Çin arasında strateji alyansın yaranmasının ciddi təhlükələr törədə biləcəyini başa düşməlidir. Belə alyansın yaranması müəyyən qədər daxili siyasi və ideoloji inersiya, bir hissəsinə isə ABŞ-ın düşünülməmiş xarici siyasəti səbəb ola bilər.

ABŞ üçün bu iki dövlətin ittifaqından təhlükəli heç nə ola bilməz. Təəccüblü deyil ki, ABŞ siyasi cəhətən dirçələn Avrasiyada müdafiə mövqeyi tutur. ABŞ regionda öz mövcudluğunu Sakit okean adalarına nəzarət etməsinə görə saxlayır. Bu onu təsdiq edir ki, Amerika Avrasiyada təhlükəsizliyin dəstəklənməsində maraqlıdır. Və ABŞ açıq şəkildə Yaponiya və Cənubi Koreyanı müdafiə etmək niyyətini bəyan edir.

ABŞ həmçinin Qərbi və Mərkəzi Avropanı da müdafiə edəcəyinə hazır olduğunu təsdiq etməlidir. Odur ki, Amerikanın Avropada passiv müşahidəçi olmayacağı barədə birmənalı mövqeyin Kremlə çatdırılması çox mühümdür.

ABŞ Rusiyanı təcrid etmək üçün ciddi siyasi və hərbi kontrcavablar planlaşdırmır, amma Kreml başa düşməlidir ki, o əgər Latviyaya qoşun çıxarsa, yaxud Tallinə hucum eləsə bunun bədəli ağır olacaq: Bu zaman Rusiya Baltik dənizində Qərblə əlaqələrini kəsəcək miqyaslı blokdaya məruz qalacaq. Sankt –Peterburqda Rusiya üçün həyati əhəmiyyətli limanların, Qara dənizdəki Dardaneldən keçən Novorossiysk limanının Qərb tərəfindən blokadası Rusiya üçün faciəvi nəticələr verəcək.

ABŞ-ın qəti reaksiyası Rusiyanın sərfəli beynəlxalq ticarət imkanlarını məhdudlaşdıracaq və Mərkəzi Avropaya ciddi Amerika hərbi kontingentinin çıxarılması üçün lazım olan vaxtı verəcək.

Çinin mümkün neytrallığı nəticəsində Rusiya xoşagəlməz seçim qarşısında qalacaq: Ya məhvedici iqtisadi təcrid, yaxud qoşunların geri çəkilməsi!

Növbəti onilliklərdə şimali-şərqi Asiyanın hazırkı ərazi müqavilələri  geopoltik mənada qeyri-sabitliklə üzləşə bilər. Bu, hətta zamanla partlayış həddinə çata bilər.

Son nəticədə bu, nəhəng Avrasiya qitəsində mübahisəli su hövzələri bölgüsünə yenidən baxılması prosesini sürətləndirəcək.Şübhəsiz ki, Amerika burada yalnız çıxdaş edilmiş müşahidəçi olacaq. Amma ABŞ Yaponiya və Cənubi Koreya ilə ikitərəfli əməkdaşlığı genişləndirə bilər.

Sonuncu, ən mühüm faktor – Yaxın Şərqdə dini nifrətdən qidalanaraq davam edən vətəndaş müharibəsidir; Potensial nüvə münaqişələri, hansı ki, İrandakı ekstemist qüvvələr yarada bilərlər, hələ rus hərbçilərinin dəstək verdiyi türk millətçilərinin geopolitik ambisiyalarından danışmırıq. Bu münaqişələrin hər biri regionu partlada bilər.

Buna ideal geopolitik cavab ABŞ, Rusiya, Çinin yaradacağı “Üçlər İttifaqı” ola bilər. Bu kontekstdə Rusiyanın başqa seçimi olmayacaq. Moskva reallığı qəbul edərək Çin və ABŞ-la münasibətləri yaxşılaşdırmağa vadar olacaq.  Hər üç qüdrətli dövlət üçün dağıdıcı nəticələrə səbəb ola biləcək qeyri-müəyyənliyin dərinləşdiyi bir vaxtda fikirləşmək zamandır: Nə baş verə bilərdi və nə baş verəcək?

Bu baxımdan Çin artıq düşünməlidir: Pekin qonşu ölkələrdə baş verənlərə münasibətdə öz məsuliyyətindən qaça biləcəkmi? Bu Çinin maraqlarını təhlükəyə ata, onu Rusiya ilə həddən artıq hərbi əlaqələrə vadar edə bilərmi?

Üç hərbi cəhətdən ən qüdrətli dövlətin Yaxın Şərqdə təhlükəsizliklə bağlı məsələlərdə dərin əməkdaşlıq edəcəyi bir dünyadakı böyük hörmətindən Rusiya istifadə edəcəkmi?

Daha uzun perspektivdə – Şərqi Sakit okean regionunda əməkdaşlıq edəcəkmi?  Hələlik burda Çinin böyük ambisiyaları yoxdur, amma gələcəkdə bu tez özünü büruzə verəcək.

Bütün yuxarıda deylənlərlə yanaşı getdikcə dünya miqyasında artan ciddi hava problemi  siyasi problemləri daha da çətinləşdirir.  Qlobal istiləşmə artıq özünün pis təsirini göstərməyə başlayıb. Geniş ərazilərdə buzların əriməsi perspektivi hazırkı bir çox yaşayış məskənlərini mövcudluğunu təhlükə altında qoyacaq.

Bütövlükdə bunlar bu gün həyat faktoruna çevrilmiş strateji qeyri-müəyyənlikdən daha çox cəmiyyətin güclü həyəcanı ilə müşayət oluna bilər.  Belə qeyri -müəyyənliklə isə bəşəriyyət əvvəl heç vaxt üzləşməyib. Beləliklə, regional əməkdaşlıq ümumi “beyin hucumu” və birgə iş üçün siyasi iradə tələb edir.

Tərcümə Strateq.az-ındır