“Audi”lər zay çıxdı
alt=”"Audi"lər zay çıxdı” title=”"Audi"lər zay çıxdı”
“Volkswagen” 80 min avtomobili geri çağırır
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” AG lüks dizaynlı 80 min “Audi” avtomobilini satış şəbəkəsindən geri çağırıb. Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.
Şirkət geri çağırılan avtomobillərin 35 mininin Çinə göndərildiyini bildirib. Ümumiyyətlə, Çin dünyada “Audi”nin ən böyük alıcısıdır.
Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur.
Xatırladaq ki, Çinin “Volkswagen” ilə birgə müəssisəsi olan “China FAW-Volkswagen Automotive Co Ltd Audi” A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.