“Türk Hava Yolları” (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb.
Trend THY-yə istinadən məlumat verir ki, reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.
Qeyd edək ki, İstanbulda güclü şaxtalı və qarlı hava artıq 6-cı gündür ki, davam edir. THY bu günlər ərzində 1500-dən artıq reysi təxirə salıb. Reyslərin təxirə salınması Türkiyə hava şirkətinə 100 milyon türk lirəsi həcmində ziyan vurub.
Reysləri təxirə salan şirkət 15 minə yaxın sərnişini otellərdə yerləşdirməyə məcbur olub.