ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun iştirakı gözlənilir.
Bu barədə azvision.az-a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Azad Aslanov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın protokol qaydalarına və təşəkkül tapmış təcrübəyə əsasən adətən ABŞ prezidentlərinin andiçmə mərasimlərində xarici dövlətlər Vaşinqtonda akkreditasiya olunmuş diplomatik missiyaların rəhbərləri səviyyəsində təmsil olunurlar. Bu səbəbdən, göstərilən qaydalara uyğun olaraq ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın andiçmə mərasimlərində səfirliyin iştirakı gözlənilir.
Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.
Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək.